"Monitor Konsaltinq Servis" fəalliyyətinə 31 dekabr 2015-ci il tarixinə kimi fasilə verib

"Monitor Konsaltinq Servis" fəalliyyətinə 31 dekabr 2015-ci il tarixinə kimi fasilə verib

Əziz oxucular!
Dəyərli həmkarlar!
Monitor Konsaltinq Servis MMC fəaliyyətə başladığı 2009-cü ildən bütün istiqamətlər üzrə gördüyü işləri Sizin istəkləriniz üzərində qurub. Sevindiricidir ki, bu yanaşma təşkilatımıza uğur gətirib, çox maraqlı layihələrin həyata keçirilməsinə imkan verib. Bugünədək mühasibat, kadrlar işi və iqtisadi qanunvericlik sahəsində ərsəyə gətirdiyimiz 20-dən artıq nəşrin və hamınızın yeni sayını səbirsizliklə gözlədiyiniz “Monitor Konsaltinq” jurnalının çapı da məhz dəyərli oxucu və mütəxəssis rəylərinin nəzərə alınması sayəsində böyük uğur qazanıb, əks-səda yaradıb.

Təəssüf ki, artıq Sizinlə vidalaşmaq nöqtəsindəyik, bugündən Monitor Konsaltinq Servis MMC-nin fəaliyyətini 31 dekabr 2015-ci il tarixinə kimi dayandırdığımızı diqqətinizə çatdırır, yenidən görüşmək ümidi ilə Sizdən ayrılır və kitablarımıza, jurnalımıza, ümumilikdə, fəaliyyətimizə verdiyiniz qiymətə görə təşəkkürlərimizi bildiririk.

Monitor Konsaltinq Servis MMC-nin rəhbərliyi

0 Komment

    Şərh yazın

    Xəbərlər