Mərkəzi Bankın İdarə Heyətinin sədri dollar kreditləri məsələsinə aydınlıq gətirdi

Mərkəzi Bankın İdarə Heyətinin sədri dollar kreditləri məsələsinə aydınlıq gətirdi

Elman Rüstəmovun sözlərinə görə, Azərbaycan xalqının inamı hər şeyi açıq danışmaqla, şəffaflıqla bərpa ediləcək.

 

“Manatın korreksiyasından sonra da valyuta satışı davam edir. Bundan sonra 1 milyarddan çox valyuta satmışıq”.

Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. O, manatın ucuzlaşmasından sonra Azərbaycan cəmiyyətinin etibarını necə bərpa etmək yollarından da söz açıb. Rüstəmovun sözlərinə görə, Azərbaycan xalqının inamı hər şeyi açıq danışmaqla, şəffaflıqla bərpa ediləcək. Elman Rüstəmov bildirib ki, Azərbaycan dollarlaşma üçün öz valyutasını satmaqdan imtina edə bilməz. O, bugünkü valyutanın yarısının dollarlaşmaya sərf olunduğunu vurğulayıb:

“Bu proses hələ ki davam edir. Çox güman ki, aprel-may aylarına qədər davam edəcək”.

Mərkəzi Bankın İdarə Heyətinin sədri E.Rüstəmov deputat Vahid Əhmədovun manatın devalvasiyasının ardından manatla götürülən kreditlərin aqibəti barədə verdiyi sualı da cavablandırıb.

“Kim müqavilə ilə hansı valyuta ilə kredit götürübsə, həmin valyuta ilə də geri qaytarmalıdır. Bazar iqtisadiyyatı şəraitində bankların hansı valyuta ilə kredit verməsi onların öz işidir. Onlar öz risklərini elə özləri müəyyənləşdirir. Biz banklara tövsiyə edirik ki, kreditlərin vaxtını uzatsınlar. Bu bankların da marağındadır”.

Elman Rüstəmovun sözlərinə görə, faiz dərəcələri yüksək olan banklar əhali üçün güzəştə getməlidirlər: “Bu proses başlayıb. Yaxın vaxtlarda rübün yekunları əsasında açıqlamalar veriləcək”.


Onun bu açıqlaması Vahid Əhmədovun növbəti sualına səbəb olub: “Niyə görə dollar 78 qəpik olanda dollarla alınan kreditlər indi 1 manat 5 qəpiklə ödənməlidir?”.

Elman Rüstəmov bir daha xatırladıb ki, kredit müqavilədə göstərilən valyuta ilə qaytarılmalıdır. Bununla belə, o bildirib ki, bank müştərinin razılığı olmadan kreditləri dollarla hesablayırsa, bu çox ciddi qanun pozuntusudur: “Belə qanun pozuntuları varsa, siz bunun hamısını bizə göndərin. Bununla bağlı çox ciddi tədbirlər görəcəyik. Amma müqavilə öhdəliyində kreditin manatla və ya dollarla qaytarılması nəzərdə tutulubsa, buna əməl edilməlidir. Kursun isə önəmi yoxdur. Kim krediti hansı valyuta ilə götürübsə, onunla da qaytarmalıdır”.

Elman Rüstəmov onu da əlavə edib ki, ipoteka məbləğlərinin artırılması ilə bağlı hökumətə təkliflər edilib: “Bu həm sosial, həm də kommersiya ipotekalarına aiddir. Biz bununla yanaşı, təklif edirik ki, ucuz tikintilər həyata keçirilsin”.

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər