Daşınmaz əmlak üzrə sənədlərin rəsmiləşdirilməsi asanlaşdırılır

Daşınmaz əmlak üzrə sənədlərin rəsmiləşdirilməsi asanlaşdırılır

"Vətəndaşlar yaxın vaxtlarda xidmətdən istifadə edə biləcəklər"

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlak üzrə sənədlərin vətəndaşlar tərəfindən rəsmiləşdirilməsi prosesini sadələşdirir. Fins.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bunu komitənin İnformasiya texnologiyaları və məlumat idarəetmə mərkəzinin direktoru Yaşar Niftiyev bu günki brifinqdə deyib. Brifinqi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi təşkil edib.

Onun sözlərinə görə, söhbət vətəndaşlara daşınmaz əmlakla bağlı sənədləri öz adlarına rəsmiləşdirməyə imkan verən xidmətdən gedir: "Notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqısı haqqında müqaviləni öz adına keçirmək üçün vətəndaşdan daha Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gəlməsi tələb olunmayacaq".


Y.Niftiyev qeyd edib ki, vətəndaşlar müvafiq müraciəti Xidmətə elektron formada göndərəcəklər: "Alqı-satqı müqaviləsi notariat kontorunda vətəndaşın adına yenidən rəsmiləşdiriləcək və rüsumun ödənişi elektron formada həyata keçiriləcək. Vətəndaşdan sənədi almaq üçün yalnız notariat kontoruna yenidən baş çəkmək tələb olunacaq. Vətəndaşlar yaxın vaxtlarda xidmətdən istifadə edə biləcəklər".

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Xəbərlər