İnsan Resursları Mütəxəssisinin Yetişdirilməsi Programı
Təlimi bitirən hər kəs Sertifikatla təltif olunacaq.
İnsan Resursları Mütəxəssisinin Yetişdirilməsi Programı
İnsan Resursları Akademiyası
Təlimin adı: İnsan Resursları Mütəxəssisinin Yetişdirilməsi Programı
Mətn:
Əmək Məcəlləsinin və Kadr Kargüzarlığının Praktiki Təlimi
Siz bu təlimdə İştirak etməklə Əmək Məcəlləsini və Qanunvericiliyini dərindən mənimsəyəcək, Kadr Kargüzarlığının əsəslarını öyrənərək yeni bir peşəyə yiyələnəcəksiniz.
Əgər bu sahədə işləyirsinizsə, biliklərinizi təkminləşdirərək daha da peşəkarlaşacaqsınız.
Təlim 3 dərsdən ibarətdir. Her dərs həftənin bazar günü olmaqla, 4 saat müddətində tədris olunacaq. Təlimin ümumi müddəti 12 saatdır.
Təlim Bank sektorunda İnsan Resursları Departamentinin rəhbəri vəzifəsində çalışan Nərgiz İbrahimova tərəfindən tədris ediləcəkdir.
Təlimi bitirən hər kəs Sertifikatla təltif olunacaq.
Tədris proqramı;
1-ci dərs
AR Əmək Məcəlləsinə giriş. İşçi və İşəgötürən
Əmək müqaviləsi, əmək müqaviləsinin növləri və əmək müqaviləsinin rəsmiləşdirilməsi
Vəzifə təlimatı əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi olaraq
İşə qəbulun rəsmiləşdirilməsi, kadr uçotunun aparılması
Əmək müqaviləsinə əlavə dəyişikliklərin rəsmiləşdirilməsi
Əmrlərin növləri
İşə qəbul barədə
İşdən azad olunmaq barədə
Daimi başqa işə keçirilmə barədə
Müvəqqəti başqa işə keçirilmə barədə
Həvalə
İntizam tənbehi barədə
İşdən azad olunma barədə əmrin hazırlanması
Əmək müqaviləsinə xitam verilməsinin əsasları
Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydası və əsasları
Əmək müqaviləsinin İşəgötürən tərəfindən ləğv edilməsinin qaydası və əsasları
Əmək vəzifələinin kobud şəkildə pozulması halları
Praktik məşğələ (Case studies)
2-ci dərs
İş saatları və əmək haqqı normaları
İstehsalat təqvimi və tabellərin hazırlanması
İşçilərin məzuniyyət hüququ
Məzuniyyətin növləri
Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları
Məzuniyyət əmrinin rəsmiləşdirilməsi
Məzuniyyətdən geri çağırılma
Ezamiyyət əmri
Praktik məşğələ (Case studies)
Ev tapşırığının müzakirəsi
3-cü dərs
İnsan resurslarının idarəolunması ilə bağlı hesabatlılıq (işçi dövriyyəsi)
İş saatları və əmək haqqı normaları
Məşğulluq hesabatı
Microsoft Excel-in hesabatlılıqda istifadə edilən əsas funksiyaları
Elektron hökümət portalına əmək müqaviləsi bildirişlərinin daxil edilməsi
Dövlət İdarələri ilə rəsmi yazışma və sənədləşmə işlərinin aparılması ( Məşğulluq İdarəsi, DSMF, Sığorta şirkətləri və s.)
Praktik məşğələ (Case studies)
Yekun test
Təlim ödənişlidir. 12 saatliq təlimin ödənişi 160 azn olaraq təyin edilmişdir. Ödənişə dərs materialları və cofe break daxildir.
Təlim iştirakçıları, facebookda yaratmış olduğumuz söhbət qrupuna əlavə olunur. Bu qrupda mövzu ilə bağlı iş zamanı üzləşilən problemlərin ve yaranan sualların müzakirəsi aparılıb həll yolları aşkarlanır.
Təlimdə iştirak etmək istəyənlər aşağıdakı əlaqə vasitələri ilə daha ətraflı məlumat əldə edərək qeydiyyatdan keçə bilərlər;
E-mail: [email protected]
Tel: (055) 712 44 55
Adres: Bakı şəhəri, Cəfər Cabbarlı 44, Caspian Plaza.
Mənbə azerjobs.com
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın