Vergilər Nazirliyindən insan resursları ilə bağlı açıqlama

Vergilər Nazirliyindən insan resursları ilə bağlı açıqlama

75 nəfər  vakant vəzifələrə təyin edilmiş, 147 nəfər kadr ehtiyatına daxil edilmiş olunmuş və 100 nəfər könüllünün vergi orqanlarında istehsalat təcrübəsi keçmələri təşkil olunmuşdur.

Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi, kadr hazırlığı və ixtisasartırma,  işə qəbul prosesinin şəffaflaşdırılması, peşə etikasına əməletmə səviyyəsinin yüksəldilməsi,  idarəetmə sisteminin elektronlaşdırılması, vergi orqanlarının yüksək hazırlıqlı, təşəbbüskar, innovativ yeniliklərə meyilli kadrlar hesabına komplektləşdirilməsi yolu ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işləri 2014-cü ildə də davam etdirmişdir.  

“Vergi orqanlarında insan resurslarının inkişafına dair 2014-cü il üçün Tədbirlər Planı”nın icrası məqsədilə hesabat dövründə Vergilər Nazirliyinin nümayəndə heyətinin Sinqapur Daxili Gəlirlər Xidmətinə, Çinin Fujian əyalətinin Fujou şəhərinə səfərləri təşkil edilmiş, insan resurslarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elektron tədris sahələri ilə bağlı təcrübə mübadiləsi aparılmışdır.

Vergilər Nazirliyinin bütün struktur vahidlərinin şəxsi heyətinə və rəhbər vəzifəli şəxslərinə etik davranış mövzusunda təlimlər keçirilmiş, vergi orqanı əməkdaşlarının vergi ödəyiciləri və vətəndaşlarla münasibətdə etik davranış normalarının pozması ilə əlaqədar Nazirliyə daxil olmuş şikayətlər, onların həlli yolları və 2015-ci ildə bu sahədə görüləcək işlərlə bağlı müzakirələr aparılmışdır.

Orta menecer (şöbə rəisi) vəzifələrinə təyin olunmaq üçün daxili müsahibə qaydaları işlənib hazırlanmış, “Dövlət vergi orqanlarında orta menecer vəzifələrinin tutulması üçün keçirilən müsahibə Qaydaları” təsdiq olunmuşdur.

Hazırda Avropa İttifaqının “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi davam edir və layihənin tərəfdaş ölkələri olan İspaniya və Fransanın bu sahədə mövcud təcrübəsi nəzərə alınmaqla 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur.

2014-cü ildə vergi orqanı əməkdaşlarının attestasiyası keçirilmiş, attestasiyada iştirak etmiş 1300 nəfər əməkdaşdan 1274 nəfəri tutduğu vəzifədə saxlanılmış, 17 nəfər 1 ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifədə saxlanılmış, 9 nəfər tutduğu vəzifəyə uyğun hesab olunmayaraq aşağı vəzifəyə keçirilmişdir.


Vergi orqanlarında yaranmış vakant iş yerlərinin kadrlarla komplektləşməsi və kadr ehtiyatının yaradılması məqsədi ilə hesabat ilində 2 müsabiqə keçirilmiş, cəmi 222 nəfər müsabiqəni uğurla başa vurmuş, onlardan 75 nəfər  vakant vəzifələrə təyin edilmiş, 147 nəfər kadr ehtiyatına daxil edilmiş olunmuşdur.

Müqavilə əsasında Azərbaycan Dövlət İqtisad Universitetindən, Azərbaycan Universitetindən, Maliyyə-İqtisad Kollecindən daxil olmuş müraciətlər nəzərə alınmaqla 2014-cü ildə 336 nəfər tələbənin müxtəlif vergi orqanlarında istehsalat təcrübəsi keçmələri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xahişi ilə 100 nəfər könüllünün vergi orqanlarında istehsalat təcrübəsi keçmələri təşkil olunmuşdur.

Analitik informasiya şöbəsi

“VERGİ QANUNVERİCİLİYİ TOPLUSU” 2015 kitabı mart ayından satışda

Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi -2015 - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2014-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izahı;

• Vergi Qanunvericiliyi ilə bağlı sənədlər,

• Vergi Qanunvericiliyinə dair 30 aktual sualın cavabı

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını- ELEKTRON FORMADA

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini  [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər