Gənc ailələr üçün ipoteka güzəştləri təklif olunur

Gənc ailələr üçün ipoteka güzəştləri təklif olunur

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilindən (Ombudsman) təkliflər

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) güzəştli ipoteka kreditinin maksimal məbləğinin mənzil bazarının real tələbinə uyğun artırılmasını təklif edir.

Fins.az “Report”a istinadən xəbər verir ki, Ombudsmanın 2014-cü il üçün illik hesabatında vurğulanıb ki, gənc ailələr tərəfindən ödənilməli olan ilkin məbləğ minimuma endirilməli və ya ləğv edilməli, kreditin ödənilməsi müddəti uzadılmalı, faiz dərəcəsi aşağı salınmalı, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik olan şəxslərin siyahısı genişləndirilməlidir.


Ombudsmanın fikrincə, qeyd olunanların təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli, 515 saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respubliksaında güzəştli kreditlərin verilməsi Qaydalarına" əlavə və dəyişikliklər edilməlidir.

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər