Ev bazarında güclü artım
Bəzi evlərin qiyməti 50 faiz artıb.
Mənzil bazarında bahalaşma deyil, durğunluq müşahidə olunur.
Bu sözləri Oxu.Az-a daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirdi.
“Mənzil bazarında hal-hazırda qeyri-müəyyənlikdir, yəni satıcılar hələki özlərinin qərarlarını qəbul edə bilməyiblər ki, hansı qiymətə mənzillərini satışa təklif etsinlər”- deyə, Nüsrət İbrahimov bildirir.
Ekspertin sözlərinə görə, bazarda bahalaşma müşahidə olunmayıb: “Qiymət artımı yoxdur, köhnə qiymətlər qüvvəsindədir”.
Nüsrət İbrahimov durğunluğun davam edəcəyi vaxtı da dəqiqləşdirdi: “Düşünürəm ki, köhnə qiymətlər hələki qüvvəsində qalacaq. 1-2 həftədən sonra isə bazarda müşahidə olunan durğunluq da aradan qalxa bilər, o vaxta qədər ki, tərəflər qərar qəbul etsinlər. Qeyd etdiyimiz kimi hələki hər iki tərəf gözləmək mövqeyindədirlər”- deyə, o bildirir.
Lakin onu da qeyd etməliyik ki, Azərbaycanda daşınmaz əmlakın satışı elanlarının yer aldığı Bina.Az saytından Oxu.Az-a bildiriblər ki, manatın devalvasiyasından sonra saytda elan yerləşdirmiş şəxslər çoxsaylı zənglər edərək, evlərinin qiymətini 10-15%-dək, hətta bəzən 30%-dək artırmağı istəyiblər.
“Misal kimi, dünən 60 min manata satışa çıxarılmış mənzilin sahibi zəng edərək, onun qiymətini 100 min manat göstərməyi xahiş edib”, - deyə, Bina.Az saytının direktoru Güllər Paşayeva bildirib.
G.Paşayeva həmçinin onu da bildirib ki, yeni elan yerləşdirmək istəyən vətəndaşlar məbləğin dollarla göstərilməsini istəyirlər. Sayt direktoru həmçinin qeyd edib ki, son günlərdə saytda yerləşdirilən yeni elanların sayı azalıb, bəzi vətəndaşlar isə elanlarının saytdan çıxarılmasını istəyərək, hələlik gözləmə mövqeyi tuturlar.
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın