Dolların hansı məbləğə qədər bahalaşacağı bilindi

Dolların hansı məbləğə qədər bahalaşacağı bilindi

Millət vəkili Vahid Əhmədov bu məsələni Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədr müavini Alim Quliyevlə müzakirə edib.

Bu il Azərbaycanda dollar maksimum 85 qəpiyə qədər bahalaşacaq. Fins.az-ın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə, bu məsələni Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədr müavini Alim Quliyevlə müzakirə edib: “Onunla bu barədə danışdım, belə başa düşdüm ki, dolların qiyməti maksimum 5-7 qəpik arta bilər”.

Vahid Əhmədov qeyd edib ki, manatın ucuzlaşdırılması Azərbaycandan qeyri-neft məhsullarının ixracı üçün çox vacibdir: “Bildiyimiz kimi, bizim ixracın 92%-i neft və neft məhsulları, təbii qazdır, bu nisbət dəyişməlidir. Amma devalvasiya həm də əhalinin gəlirlərinə, banklardakı əmanətlərinə mənfi təsir edə bilər, ona görə də, manatın ciddi ucuzlaşmasına imkan verilməyəcək”.

 

“VERGİ QANUNVERİCİLİYİ TOPLUSU” 2015 kitabı mart ayından satışda

Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi -2015 - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2014-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izahı;

• Vergi Qanunvericiliyi ilə bağlı sənədlər,

• Vergi Qanunvericiliyinə dair 30 aktual sualın cavabı

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını- ELEKTRON FORMADA

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini  [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər