Hansı universtetinin tələbələri təqaüdlərini ala bilməyiblər?

Hansı universtetinin tələbələri təqaüdlərini ala bilməyiblər?

İqtisad və Tibb Universtiteti problemin yaranmasına əsas verən səbəbi açıqladı.

Bir sıra dövlət universitetlərində təhsil alan tələbələr təqaüdlərinin gecikdirilməsindən şikayətçidir. Bu barədə “Qafqazinfo”ya məlumat verən tələbələr qeyd edir ki, onlar yanvar ayının təqaüdünü hələ də ala bilməyiblər:” Artıq fevral ayının ortalarıdır. Biz hələ də təqaüd almamışıq. İndiyə kimi bu qədər gecikdirilmə olmamışdı. Tələbələr bildirir ki, bir çoxları məhz aldıqları təqaüdlə bir sıra problemlərini həll edir”.


Məsələ ilə bağlı “Qafqazinfo” bir neçə universitetlə əlaqə saxlayaraq gecikdirilmənin səbəbini öyrənməyə çalışıb.


Tibb universitetinin nümayəndəsi bildirib ki, Təhsil Nazirliyi 2015- ci illə bağlı xərcləri köçürmədiyindən təqaüdlər gecikdirilir. Vəsait köçürülən kimi tələbələrin təqaüdü veriləcək. Aldığımız məlumata görə, bu  günlərdə problem həll olunacaq.

İqtisad universitetindən də eyni problemin olduğunu təsdiqləyiblər.

Sözügedən məsələ ilə bağlı “Qafqazinfo” Təhsil Nazirliyinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirilib ki, cari ilin müvafiq dövrü üçün ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin ödənilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təmin edilib.

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər