Mərkəzi Bankın qərarının təsiri özünü valyuta dəyişmə məntəqələrində göstərdi

Mərkəzi Bankın qərarının təsiri özünü valyuta dəyişmə məntəqələrində göstərdi

İqtisadçı ekspert Mərkəzi Bankın hansı addımlar atmalı olduğunu açıqladı.

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank əhalının vəsaitlərinin dollarla saxlanılması hallarının çoxalması ilə bağlı tədbirlər görməlidir: "Bü gün əksər valyuta dəyişmə məntəqələrinin qarşısında uzun növbələr müşahidə edilir. Mərkəzi Bankın valyuta səbətinin dəyişdirilməsi ilə bağlı qərarı əhali arasında əsası olmayan ciddi ajiotaj yaradıb. Əslində, Mərkəzi Bank əhali arasında yaranan panikanın aradan qaldırmaq üçün vətəndaşlara izahat verməlidir.

Dünyanın heç bir Mərkəzi Bankı öncədən develvasiya olacağı ilə bağlı açıqlama vermir. Azərbaycanın baş bankında ölkədə develvasiya əhval-ruhiyyəsi yaradaraq insanlar öz manatlarını dollara dəyişməsinə əsas yaratdılar. Mərkəzi Bankın intervensiya xərclərinin yüksək olması arzuolunan deyil. Amma manatını dollara çevirən vətəndaşlar onsuz bir müddətdən sonra pul xərcləmək üçün yenidən dollarlarını milli valyutaya çevirəcəklər. Pul dövriyyəsində bəlli həcmdə manat kütləsi var və kənardan ölkəyə milli valyuta ixrac edilmir. Bu isə o deməkdir ki, onsuz da müəyyən müddətdən sonra intervensiya xərclərində azlama müşahidə ediləcəkdi. Mərkəzi Bankı müxtəlif dolayı metodlar o cümlədən əmanətlərin indeksasiyası yolu ilə dollara olan tələbi azatlmalı idi."

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər