Vergilər Naziri 4 rayonun vətəndaşları ilə görüşəcək

Vergilər Naziri 4 rayonun vətəndaşları ilə görüşəcək

Fazil Məmmədovla görüşmək üçün qəbulə yazılmağın üsülü açıqlandı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin fevral ayında respublikanın şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 20-də vergilər naziri Fazil Məmmədov Hacıqabul şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: İsmət Qayıbov küçəsi, ev 15) Hacıqabul, Şirvan, Saatlı və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaqdır.


Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 5 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs –Abbasov Şahin, əlaqə telefonu: (021) 216-00-55, mobil (055) 337-30-40), Hacıqabul vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Ramazanov Ziya, əlaqə telefonu: (021) 204-35-83, mobil (050) 495-20-75), Saatlı vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Veysəlov Məhəmməd, əlaqə telefonu: (021) 285-39-99, mobil (050) 518-67-00) və Neftçala vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Tağıyev İlqar, əlaqə telefonu: (021) 263-40-11, mobil (070) 342-21-04) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

 

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər