Azərbaycanın vergiödəyiciləri hansı uğuruna görə dünyanın 12 lider dövləti sırasındadır?

Azərbaycanın vergiödəyiciləri hansı uğuruna görə dünyanın 12 lider dövləti sırasındadır?

Bakıda “Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən IV Vergi Forumu keçirilir.
 
 
Azərbaycanın Vergilər Nazirliyi vergiödəyicilərə 59 növ elektron xidmət göstərir ki, bu da dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin ən geniş çeşididir. Trend xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov bazar ertəsi Bakıda “Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən IV Vergi Forumunda bildirib.
 
Onun sözlərinə görə, bu gün Azərbaycanda sahibkar vergi orqanına getmədən bütün öhdəliklərini internet vasitəsilə yerinə yetirə bilər: "Vergi bəyannamələrinin təqdimatı, vergi öhdəliklərinin icrası, istifadəçiləri vergi orqanı ilə bağlayan bütün proseslər elektronlaşdırılıb. Vergiödəyicilərin təxminən 90 faizi vergi bəyannamələrini elektron formada təqdim edir”.
 
Onun sözlərinə görə, mövcud olduğu 15 il ərzində Vergilər Nazirliyində ölkənin uzunmüddətli strateji inkişafının planlaşdırılması hədəflərinə cavab verən davamlı vergi sistemi yaradılıb: "Azərbaycanın vergi sistemi əsaslı modernləşdirmə prosesindən keçib, vergi sisteminin texniki imkanların geniş diapazonuna malik texnoloji bazası yaradılıb. Bu gün Azərbaycanın vergi sistemi vergiödəyicilərə dünyanın ən qabaqcıl ölkələrində tətbiq edilən vergi xidmətləri göstərir”.
 
Nazirin qeyd etdiyi kimi, ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətində innovasiya uğurları tətbiq edilib: "ƏDV depozit hesabının, elektron hesab-fakturaların tətbiqi, real vaxt rejimində banklarla inteqrasiya, nəzarət–kassa aparatlarında məsafədən ötürmə qurğularından istifadə, vergi orqanları və vergiödəyicilər arasında elektron yazışma sisteminin təmin olunması, vergilərin elektron ödənişinin aparılması sisteminin tətbiqi onların arasındadır. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan vergiödəyicilərin elektron qeydiyyatı sisteminin uğurlu tətbiqinə görə dünyanın 12 lider dövləti sırasındadır”.
 
O, əlavə edib ki, görülən tədbirlər nəticəsində dövlət büdcəsinə vergi və digər daxilolmaların həcmi son 15 il ərzində 14 dəfə, qeyri-neft sektorundan daxilolmalar 14,4 dəfə, regionlardan daxilolmalar 14,8 dəfə artıb.

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər