Ev almaq və satmaq istəyənlər, Vergilər Nazirliyindən Sizə xəbər var...

Ev almaq və satmaq istəyənlər, Vergilər Nazirliyindən Sizə xəbər var...

Hansı məbləğdə evlərin satışı zamanı ƏDV tutulacaq?
 
Vergilər Nazirliyi daşınmaz əmlaka görə Əlavə Dəyər Verginin (ƏDV) tutulması qaydalarına aydınlıq gətirib. Xatırladaq ki, Nazirliyin son 3 ildə daşınmaz əmlak satan hüquqi və fiziki şəxslərdən Əlavə Dəyər Vergisi (ƏDV) ödənilməsini tələb etdiyi barədə xəbərlər yayılıb. Söhbət kommersiya obyektləri ilə yanaşı, qeyri-kommersiya, lakin yaşayış mənzili olmayan əmlaklar, eyni zamanda şəxsin qeydiyyatda olmadığı, lakin ona məxsus olan şəxsi mənzillərdən gedir. Nazirlikdən fins.az-a daxil olan açıqlamada bildirilir ki, Vergi Məcəlləsinin 102.1.9-cu maddəsinə əsasən vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının satışından gəliri vergidən azaddır.
 
Bu da o deməkdir ki, belə daşınmaz əmlak 3 ildən sonra satılarsa, o vergiyə cəlb olunmur. Qeyri-yaşayış sahəsi hesab olunan daşınmaz əmlakın satılması hüquqi və fiziki şəxsin sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin XI fəslinin müddəalarına əsasən, belə daşınmaz əmlakın satışından əldə edilən gəlir ƏDV-yə, habelə mənfəət və gəlir vergisinədə cəlb edilir. Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 120 000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Məcəllənin 219.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin  həcmi vergitutma obyektidir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120 000,0 manatdan artıq olan şəxslər (Vergi Məcəlləsinin 218.1.1.1-ci və 218.1.1.3-cü maddələrində göstərilənlər istisna olmaqla) Vergi Məcəlləsinin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 120 000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.
 

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər