Bakı Şəhər Vergilər Departamentinin ləğvi ilə bağlı maraqlı yanaşma

Bakı Şəhər Vergilər Departamentinin ləğvi ilə bağlı maraqlı yanaşma

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu”nda dəyişiklik edilməsi haqqında sərəncam verib. Sərəncama əsasən Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamenti ləğv edilib. 
 
 
“Qafqazinfo” xəbər verir ki, ölkə başçısının bu qərarını təhlil edən iqtisadçı ekspert Qadir İbrahimli “Yeni Müsavat”a bildirib ki, bu, struktur dəyişikliyi olmaqla yanaşı, həm də işçilərin ixtisarıdır: “Hər hansı qurumda birbaşa ixtisarlar aparanda bu, cəmiyyətdə psixoloji gərginliyə səbəb olur. İnsanlar düşünürlər ki, bununla dövlət qurumlarında ixtisarlara start verildi. Ancaq hansısa bir strukturu ləğv edəndə onda ixtisar aparmağa ehtiyac qalmır, orada çalışan insanlar avtomatik olaraq işdən azad olunmuş sayılır. 
 
Bakı Şəhər Vergilər Departamenti Vergilər Nazirliyinin ən nəhəng strukturu idi. Bildiyiniz kimi, Azərbaycanda vergilərin 82-83 faizi Bakı şəhərindən toplanır. Həmin departamentin ləğv edilməsi o deməkdir ki, orada çalışan işçilərin 25-30 faizi Vergilər Nazirliyində işə götürüləcək, qalan 70 faizi isə işsizlər ordusuna qatılacaq. Mən bunu ölkənin neft gəlirlərinin azalması fonunda dövlət strukturlarında ixtisarların başlanması kimi qiymətləndirirəm. Çox güman ki, digər nazirliklərdə də analoji addımlar atılacaq”. 
Sonda qeyd edək ki, Vergilər Nazirliyinin Bakı Şəhər Departamentinin ləğvini neftin qiymətinin düşməsi fonunda dövlətin artıq yüklərdən xilas olması üçün başladılan ixtisar hesab edənlər də var, Fazil Məmmədovun vurulmasının başlanğıcı  sayanlar da. Azərbaycanda belə bir ənənə var ki, vurulması planlaşdırılan nazirin, komitə sədrinin öncə səlahiyyətləri azaldılır, inzibati imkanları məhdudlaşdırılır, sonra onu işdən alırlar, bəzən də proses daha pis istiqamətlərəcən inkişaf edir. Yəqin yaxın zamanlarda Fazil Məmmədovla da bağlı vəziyyət aydınlaşacaq...

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın