ADA Universitetində Ali təhsil müəssisələrinin müəllim heyəti üçün təlim kursu

ADA Universitetində Ali təhsil müəssisələrinin müəllim heyəti üçün təlim kursu

Təlimin xidmət haqqı 180 AZN (bank hesabına köçürmə yolu ilə)
 
Ali təhsil müəssisələrinin müəllim heyəti üçün təlim kursu
ADA University
Contact Email: [email protected] 
 
Ali təhsil müəssisələrinin müəllim heyəti üçün təlimkursu
 
ADA Universiteti, Təhsilin İdarə olunması fakültəsi sizləri “Müasir müəllimin fərdi işçi planının(syllabus) tərtibı”üzrə təlimində iştirak etməyə dəvət edir.
Təlim Proqramının təsviri
Təqdim olunan təlim proqramının başlıca məqsədi təlim prosesinin uğurlu təşkili üçün əsas vasitə olan müəllimin fərdi işçi planının hazırlanması və müasir təlim metodları ilə bağlı təlim iştirakçılarının bilik və bacarıqlarının artırılmasıdır. Təlim proqramı müasir metodlarna uyğun olaraq fərdi, cütlüklərlə və kiçik qruplarla,  eləcə də plenar müzakirələrdə 2 günlük nəzəri-təcrübi məşğələdir.
 
Təlim aşağıdakı mövzuları əhatə edəcək:
 
Tələbəyönümlü təlim metodunun başlica xüsusiyyətləri və məqsədləri
Tələbələrin öyrənmə xüsusiyyətləri və üsulları
Tələbələrin öyrənmə mərhələləri və ona müvafiq olan fəaliyyət növləri
Müəllimin fərdi işçi planını tərtibetmə prinsipləri. İşçi planının komponentləri.
Fənnin təsvirinin əhəmiyyəti
Blumun taksonomiyası və kursun məqsədləri.
Kursun məqsədlərinə cavab verən qiymətləndirmə metodları: İmtahanlar, testlər, inşalar, tənqidi yazılar, təqdimatlar. Qiymətləndirmə sistemləri və meyarları.
Tələbələrin fənni qiymətləndirməsi. Qiymətləndirmənin mühüm xüsusiyyətləri. Qiymətləndirmənin komponentləri. Qiymətləndirmənin tədris proqramına təsiri
Müzakirənin strategiyası. Sinifdə müzakirələrin canlandırılması. Tələbələrin müzakirələrdə fəal iştirakı
Böyük qruplarda iş. Seminar dərslərin təşkili. Böyük qruplarda tələbə iştirakının təşkili
Tələbələrdə öyrənmə həvəsinin və istəyinin artırılması. Müxtəlif öyrənmə üsulları.
Təlim iştirakçıları sonda aşağıda qeyd olunan bilik və bacarıqlara yiyələnəcəklər:
 
Tələbələrin fərdi xüsusiyyətlərini nəzərə alaraq münasib təlim metodunu şeçmək;
Tələbəyönümlü təlim metodlarını tədbiq edərək tələbələri təlim prosesinin fəal və məsuliyyətli iştirakçısına çevirmək;
Tələbələrin savadlı, daim axtarışda olan və tənqidi təfəkkürə malik bir mütəxəssis, eləcə də vətəndaş kimi formalaşmasını nəzərdə tutan “İşçi plan”ı ( syllabus) hazırlamaq.
Təlim haqqında məlumatlar:
Təlimin müddəti:2 gün
Təlimin keçirilmə vaxtı: 27-28 fevral 2015-ci ilsaat 9:30-dan 16:30-a qədər
Təlimin keçirilmə yeri: ADA Universiteti
Təlimin xidmət haqqı: 180 AZN (bank hesabına köçürmə yolu ilə)
 
Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olunacaqlar.
 
Maraqlananlar qeydiyyat üçün aşağıda verilən müraciət formasını doldurub  [email protected] e– ünvana göndərə bilərlər.
Saidə Nəbiyeva, Proqram Meneceri
ADA Universiteti, Təhsilin İdarə Olunması Fakültəsi
(012) 4373235,daxili nömrə 348   
Son müraciət tarixi: 10 fevral2015-ci il.
Mənbə azerjobs.com

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın