"ASAN" XİDMƏTdə çalışmaq istəyənlər üçün XƏBƏR

"ASAN" XİDMƏTdə çalışmaq istəyənlər üçün XƏBƏR

Yaşı 20-dən az, 30-dan çox olmayan qadınlar və kişilər müraciət edə bilərlər.
 
Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə, Masallı və Sabirabad "ASAN Xidmət" mərkəzlərində DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə kiçik (müqavilə hesablı) rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edir.
 
Müsabiqədə Bərdə, Masallı və Sabirabad rayonlarında yaşayan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini başa vurmuş (kişilər üçün), yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 170 santimetrdən (qadınlar üçün 160 santimetrdən) hündür olan, ali təhsilli, kompüterdən istifadə etməyi bacaran Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
 
Müsabiqədə iştirak etmək üçün vətəndaşlar mart ayının 1-dən 30-dək şənbə, bazar və bayram günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək
 
(012) 590-94-59, (012) 590-91-60 nömrəli telefonlarla Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə müraciət edə bilərlər.

YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015

“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb  “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib.  Sadalananlarla yanaşı,  Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə  1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.

Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz  proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.

Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər