Mühasiblər və HR-lər, DİQQƏT! 2 məşhur hesabat forması birləşdirilir
Qurum rəhbəri əlavə edib ki, bu sistem artıq normativ-hüquqi sənədlərlə təsdiqini tapıb və Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
“Sosial sığorta və əhalinin pensiya təminatı haqqında” qanuna dəyişiklik ediləcək. APA TV-nin xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Fond sədri bildirib ki, bununla bağlı müvafiq qurumlarla müzakirələr aparılacaq. Dəyişikliklər əsasən, sosial sığorta prinsiplərinin müəyyənləşməsi, dövlət öhdəlikləri ilə sığorta-pensiya öhdəliklərinin fərqləndirilməsi, eləcə də əhaliyə əlavə pensiya təminatı imkan verən yığım komponentlərinin tətbiqi və sosial pensiya fondlarının fəaliyyətinin təşkili olacaq. Yeni ildən yeni pensiya alqoritmləri tətbiq ediləcək: “Əlilliyə və ailə başçısını itirməyə görə pensiyalar yeni əsaslarla hesablanacaq. Bu dəyişiklik yalnız yeni pensiyalara aid olunacaq. Hazırkı günə qədər olan pensiyalar isə dəyişməyəcək”.
Sədr bildirib ki, Azərbaycanda sosial-sığorta hesabatlarının verilməsi ilə bağlı yeni elektron xidmət həyata keçiriləcək. Tətbiq olunacaq elektron xidmət özündə iki hesabat formasını birləşdiriləcək və hesabatlar vahid formada təqdim olunacaq. Bununla da, işəgötürənlərin təqdim etdiyi hesabatların sayı azalacaq. Bunda başqa, hər bir şəxs sosial sığorta haqqının məbləği haqda hər rüb məlumat əldə edə biləcək.
Qurum rəhbəri əlavə edib ki, bu sistem artıq normativ-hüquqi sənədlərlə təsdiqini tapıb və Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
YENİ NƏŞR: ƏMƏK QANUNVERİCİLİYİ TOPLUSU - 2015
“Monitor Konsaltinq Servis”in əməkdaşları dəyərli həmkarlarının - mühasiblərin, iqtisadçıların, hüquqşünasların çoxsaylı müraciətlərini nəzərə alaraq “Əmək qanunvericiliyi toplusu - 2015” kitabını nəşrə hazırlayıb “Əmək qanunvericiliyi - 2015” kitabında son dəyişikliklər nəzərə alınmaqla Əmək Məcəlləsi, Nazirlər Kabinetinin əmək qanunvericiliyi ilə bağlı mühüm qərar və qaydaları, 2015-ci ilin İş və İstehsalat normaları, Əmək Məcəlləsinə edilən son dəyişikliklərin şərhi, yeni əmək müqaviləsinin nümunəvi forması daxil edilib. Sadalananlarla yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4, Dövlət Sosial Müdafiə Fondunun isə 1 aktual suala verdikləri rəsmi cavablar, əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı 30 mühüm sualın cavabı da kitaba yerləşdirilib.
Kitabın üzərində hədiyyə kimi verilən CD isə həmişəki kimi Sizin işinizi daha da asanlaşdıracaq. Siz proqramdakı “Axtarış” menyusunun köməyi ilə istənilən söz və ya ifadələri başlıqda və mətnin içərisində tapa bilərsiniz. İnanırıq ki, digər nəş kirlərimiz kimi “Əmək qanunvericiliyi toplusu - 2015” kitabı da oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanacaq və iqtisadçıların stolüstü kitabına çevriləcək.
Kitabı əldə etmək üçün əlaqə vasitələrinizi [email protected] email adressinə vəya 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla bildirərdiniz ki, kitabı ödənişsiz olaraq Sizə çatdıraq.
0 Komment
Şərh yazın