Mühasiblər, Diqqət! Maliyyə Nazirliyindən 2015-ci ilin büdcəsi ilə önəmli göstərişlər

Mühasiblər, Diqqət! Maliyyə Nazirliyindən 2015-ci ilin büdcəsi ilə önəmli göstərişlər

Samir Şərifov: “Qeyri-neft sektorunun inkişafı hesabına dövlət büdcəsinə cəlb ediləcək vergi və rüsumların əhatə dairəsinin genişləndirilməli və əvvəlki illərdən qalmış və növbəti il üçün nəzərdə tutulan vergi və digər daxilolmaların dövlət büdcəsinə tam alınmalıdır”
 
 
Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycanın büdcəsinə mənfi təsirlərinin azaldılması üçün ölkədə qənaət rejiminə start verilib. Prioritet olmayan xərclər üzrə qənaət başlanacaq, eləcə də büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlər görüləcək. Fins.az-ın məlumatına görə, bu barədə Maliyə Nazirliyində keçirilən geniş kollegiya iclasında bildirilib.
Kollegiyanın sədri, maliyyə naziri Samir Şərifov bildirib ki, Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev 2015-ci ildə ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi, dünyadakı mövcud vəziyyətin təsirlərindən ölkəmizin minimum itkilərlə ötüşməsi üçün konkret göstərişlər verib.
Bununla bağlı Maliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlərin həyata keçiriləcək.
Vergi və rüsumların əhatəsi genişlənəcək
Nazir S.Şərifov qeyri-neft sektorunun inkişafı hesabına dövlət büdcəsinə cəlb ediləcək vergi və rüsumların əhatə dairəsinin genişləndirilməsini, əvvəlki illərdən qalmış və növbəti il üçün nəzərdə tutulan vergi və digər daxilolmaların dövlət büdcəsinə tam alınmasını vacib sayıb. Nazir Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində əlavə yaranacaq vergilərin büdcəyə cəlb ediləcəyini də bildirib.
Mühüm istiqamətlər maliyələşdiriləcək
Kollegiya iclasında bildirilib ki, ölkə üçün mühüm əhəmiyət kəsb edən istiqamətlər və layihələr maliyyələşdiriləcək. Belə ki, dövlət büdcəsinin sosial öhdəlikləri, təhlükəsizlik və müdafiə sahələrinin mühüm təlabatları, dövlət orqanlarının əsas ehtiyacları təmin ediləcək.
Bundan başqa, xarici borc və beynəlxalq təşkilatlara üzvlük haqları ödəniləcək, ölkədə keçiriləcək mühüm beynəlxalq tədbirlər üzrə öhdəliklər, eləcə də, ölkə daxilində və xaricində icrasına başlanılmış prioritet investisiya layihələr üzrə xərclər yerinə yetiriləcək.
Prioritet olmayan sahələrdə qənaət başlanır
Bəzi istiqamətlərdə isə qənaət rejiminə başlanacaq. Kollegiyada dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edilib. S.Şərifov nazirliyin aidiyyəti struktur bölmələri, rayon və şəhər üzrə maliyyə orqanları üçün 2015-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri üzrə nəzərdə tutulmuş daxilolmaların artırılmasının vacib olduğunu bildirib. Eyni zamanda müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olmaqla, prioritetlik daşımayan, səmərəsi aşağı olan xərclər üzrə qənaət rejiminin tətbiq edilməsi və büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulaıb.
Maaş və pensiyalar vaxtında veriləcək
Kollegiyada qeyd edilib ki, cari ildə sosial müavinətlər, maaş, pensiya, təqaüd, və digər bütün sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək.
 

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın