Rayonlara səfər edənlər üçün ŞAD XƏBƏR

Rayonlara səfər edənlər üçün ŞAD XƏBƏR

Birinci Avropa Oyunlarının nəqliyyat sistemimizə müsbət təsiri
 
Birinci Avropa Oyunları ilə əlaqədar respublikamızın səfalı guşələrinə turist səfərlərinin artacağını nəzərə alaraq paytaxtdan turizm potensialı olan rayonlara gedən sərnişin avtobusları yeniləri ilə əvəzlənəcək.
 
Oxu.Az-ın məlumatına əsasən, bu barədə AzərTAc-a müsahibəsində Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov məlumat verib.
 
N.Həsənov bildirib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər uğurla həyata keçirilir. 
 
Plana əsasən nəqliyyat-yol kompleksinin müxtəlif istiqamətləri üzrə qurumun tərkibində olan təşkilatların konkret vəzifələri, görəcəyi işlər müəyyənləşdirilib. 
 
Buraya istər dəmir yolunun yenidən qurulması, istər avtomobil yollarının bərpası, istərsə də Dövlət Avtomobil Nəqliyyatı Xidməti vasitəsilə həyata keçirilən işlər aiddir: 
 
“Bilirsiniz ki, birinci Avropa Oyunlarının başlanmasına bir neçə ay qalıb. Bu oyunlarla bağlı tutulan Tədbirlər Planı çərçivəsində bizim ən böyük layihələrimiz artıq yerinə yetirilib. Bunların arasında Ziya Bünyadov prospektinin yenidən qurulması əsas yer tuturdu. 
 
Qeyd edim ki, birinci Avropa Oyunlarının əsas marşrut xətlərindən biri bu prospektdən keçir. Eyni zamanda, hazırda Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam etdirilir. Bundan başqa, sərnişindaşıma üzrə də müvafiq addımlar atılıb. Artıq paytaxta 50 ədəd yeni sərnişin avtobusu, o cümlədən 200 ədəd London taksisi gətirilib və bu proses davam etdiriləcək”.
 
Sərnişin avtobuslarında kart-ödəniş sisteminin tətbiqinin mart ayınadək reallaşacağını deyən N.Həsənov qeyd edib ki, birinci Avropa Oyunlarının əsas marşrut xətləri üzərindəki dayanacaqlarda wi-fi sisteminin quraşdırılması ilə bağlı texniki məsələlər də öz həllini tapmalıdır. 
 
Həmçinin yaxın aylarda yol cizgiləri xətlərinin, piyada keçidlərinin, yol göstərici xətlərin yenidən rənglənməsi, nişanların qoyulması kimi işlər həyata keçiriləcək.
 
Nazirliyin rəsmisi, həmçinin bildirib ki, Avropa Oyunları ilə əlaqədar ölkəmizə çoxsaylı turist axını da gözlənilir: 
 
“Onlar yalnız yarışları izləməyəcək, həm də Azərbaycanın səfalı guşələrinə yollanacaqlar. Bu baxımdan turizm potensialı olan istiqamətlərdə yeni avtobusların xətlərə buraxılması ilə bağlı işlər aparılır, onlayn bilet satışı proseduru təkmilləşdirilir.”
 

"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın