Baş verən terrorun Parisə səfər edən vətəndaşlarımıza təsiri

Baş verən terrorun Parisə səfər edən vətəndaşlarımıza təsiri

"Şengen" vizasını almağı çətinləşdirirlər.
 
Fransanın təşəbbüsü ilə Parisdə, Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər nazirlərinin iştirakı ilə toplantı keçirilib. Fins.az Marja-ya istinadən xəbər verir ki, yığıncaqdan çıxan mesajlar, qarşıdakı dövrdə sərhədlərdə yoxlamadan keçmədən səfər imkanı təmin edən “Şengen” (Schengen) sistemində dəyişikliyə gediləcəyinə və mövcud qaydaların sərtləşdirilməsinin gündəmə gələcəyinə işarə edir.
 
Aİ ölkələri uzun müddətdir, xüsusilə xarici sərhədlərdəki yoxlamaların gücləndirilməsi üçün texniki iş icra edirdi. İspaniyanın daxili işlər naziri Jorge Fernandez Diaz, Aİ-nin mövcud viza qaydalarının terror hücumları etmək istəyənlərin hərəkətini asanlaşdırdığına diqqət çəkib.
 
Fransanın daxili işlər naziri  Bernard Cazeneuve isə, “AB-nin qanunları terrorla mübarizə üçün kafi deyil” deyib.
“Şengen” də qaydaların möhkəmləşdirilməsinin mövcud viza tətbiqlərinə qısa müddətdə birbaşa təsir  etməsə də orta və uzun müddətdə bilvasitə bir təsir edə bilər. İlkin mərhələdə, xaricdən Aİ-yə daxil olanlar haqqında maksimum səviyyədə, daha dərin, konkret və doğru məlumat əldə edilməsi qarşıya məqsəd qoyulur.

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın