Vergilər Nazirliyinin "Elektron Hökümət" portalına qoşulan yeni xidmətləri (Siyahı)

Vergilər Nazirliyinin "Elektron Hökümət" portalına qoşulan yeni xidmətləri (Siyahı)

Artıq portal üzərindən VN-nin göstərdiyi elektron xidmətlərin sayı 59 oldu.
 
Vergilər Nazirliyi (VN) ilə Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan birgə işlər sayəsində daha 5 elektron xidmət "Elektron hökumət” portalına inteqrasiya olundu və artıq portal üzərindən VN-nin göstərdiyi elektron xidmətlərin sayı 59-dur. Portala inteqrasiya olunmuş yeni xidmətlər aşağıdakılardır:
 
 Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması;
Büdcə rekvizitləri barədə məlumatın verilməsi;
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi;
Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi;
Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı.
İstifadəçilər qeyd olunan xidmətlərdən  autentifikasiyadan keçməklə faydalana bilərlər.
 
İstifadəçilərin nəzərinə çatdırırıq ki, VN-in  müvəqqəti dayandırılmış iki xidməti də yenidən aktiv olunmuşdur. "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı" və "ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi" elektron ximətləri artıq vətəndaşların istifadəsinə verilmişdir.
 
Beləliklə, "Elektron hökumət" portalı üzərindən təqdim olunan elektron xidmətlərin sayı 405-ə çatdırılmışdır.

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın