Ən yaxşı audit təşkilatı və ya auditor kimdir?

Ən yaxşı audit təşkilatı və ya auditor kimdir?

Auditorlar Palatası auditorların reytinqinin hazırlanması qaydalarını hazırlayıb
 
Azərbaycanın Auditorlar Palatası auditorların reytinqinin hazırlanması qaydalarını hazırlayıb. Fins.az “Marja”-ya istinadən xəbər verir ki, Palatanın şurasının sonuncu iclasında auditorların (auditor təşkilatlarının) reytinqinin müəyyənləşdirilməsi barədə Qayda müzakirə edilib. Qaydanın nədən ibarət olduğu hələlik ictimaiyyətə açıqlanmayıb.
 
Şura üzvləri, komitə və auditor təşkilatları rəhbərlərinin iştirak etdiyi iclasda auditorların və auditor təşkilatlarının qeydiyyatına və akkreditasiyaya dair metodik göstəriş barədə, audit sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi barədə, elektron audit (e-audit) sisteminin yaradılması barədə məsələlər də müzakirə edilib.

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın