Vergi Məcəlləsinə dəyişikliyin maşın qiyməti artımına təsiri

Vergi Məcəlləsinə dəyişikliyin maşın qiyməti artımına təsiri

Vüqar Bayramov: "Əgər bu avtomobillərdə qiymət artımı müşahidə ediləcəksə o zaman o süni qiymət artımı olacaq"
 
 
Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, Azərbaycana xaricdən gətirilən avtomobillərə görə ödənilən aksiz vergisinin məbləğləri artırılır.
 
Belə ki, mühərrikinin həcmindən asılı olaraq bütün növ avtomobillərin ölkəyə idxalına tətbiq edilən vergilər dəyişdirilir. Yeni dəyişikliklərə əsasən, mühərrikinin həcmi 2 000 kubsantimetrə qədər olan avtomobillərdə mühərrikin hər kubuna görə aksiz vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2000-3000 kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3000-4000 kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4000-5000 kubsantimetr avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 4 manatdan 10 manata qaldırılıb.
 
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
 
Ekspert hesab edir ki, mühərrikinin həcmi daha bahalı olan avtomobillərdə daha yüksək qiymət artımları müşahidə ediləcək.
 
“Məsələn, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə qiymət artımları hətta 10 min manatdan da yüksək olacaq. Xüsusən də yeni istehsal olunan, işlənməmiş avtomobillərdə daha ciddi qiymət artımlarının olacağı gözlənilir. Mühərrikin həcmi 4000-5000 kubsantimetr olan avtomobillərdə isə qiymət artımları 6600 manatadək yüksələcək. Bu növ avtomobillərdə orta hesabla 5000 manat qiymət artımı olacaq.
 
Mühərrikin həcmi 2 000 kubsantimetrə qədər olan avtomobillərdə isə cüzi xərc artımları gözlənilir. Bu avtomobillərin ölkəyə idxal xərci 100 manatdan çox artmayacaq. Əgər bu avtomobillərdə qiymət artımı müşahidə ediləcəksə o zaman o süni qiymət artımı olacaq”- deyə iqtisadçı-ekspert qeyd edib.
 
Onun sözlərinə görə, bahalı maşınların satışında durğunluq müşahidə oluna bilər:
 
“2013-cü ildə ölkəmizə 103 min avtomobil idxal olunub. Bunların 94 mini minik avtomobilləri idi. Güman olunur ki, 2014-cü ildə avtomobil idxalı əvvəlki il ilə müqayisədə 30 faizdən artıq azalıb. Bu isə daha çox ötən ilin aprelində ölkəmizdə Avro-4 standartların tətbiqi ilə bağlı istehsal ili köhnə olan avtomobillərin idxalına tətbiq edilən qadağa ilə bağlı idi”.
 
Ekspertin proqnozuna görə, avtomobil idxalına tətbiq edilən aksiz vergilərinin artırılması bu il avtomobil idxalını azaltmaqla yanaşı, ölkəmizə daha çox mühərrik həcmi kiçik olan maşınların gətirilməsinə səbəb olacaq:
 
“Bu isə o deməkdir ki, qiymət artımları mühərrik həcmi böyük olan avtomobillərə tələbin azalmasına səbəb olacaq ki, bu da bahalı maşınların satışında durğunluq ilə ifadə olunacaq. Əksinə, mühərrik həcmi kiçik olan avtomobillərin satışının çoxalacağı gözlənilir”.

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın