Prezident Vergi Məcələsinə dəyişikliyi təsdiq etdi

Prezident Vergi Məcələsinə dəyişikliyi təsdiq etdi

Dəyişiklik nəticəsində Vergi Məcəlləsinin 34-2-ci maddəsinə cümlə əlavə edilib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Vergi Məcələsinə dəyişiklik edilib. Dəyişiklik əsasən, vergi ödəyicilərinin elektron qaydada uçotu ilə əlaqədardır. Dəyişiklikdən sonra Vergi Məcəlləsinin 34.2-ci maddəsi aşağıdakı məzmunda olub:
 
34.2. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 2 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnamə verməlidir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır.
 
-----------------------------------------------------------------------------------------------------------
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №–8, I kitab, maddə 583; 2001, №–7, maddə 454, №–9, maddə 576, №–12, maddə 734; 2002, №–5, maddə 249, №–12, maddə 707; 2003, №–8, maddə 425, №–12, I kitab, maddə 671; 2004, №–1, maddə 1, №–11, maddə 887, №–12, maddə 980; 2005, №–2, maddə 61, №–8, maddə 688, №–12, maddə 1081; 2006, №–12, maddələr 1005, 1026; 2007, №–1, maddə 4, №–6, maddə 597, №–8, maddə 745, №–11, maddə 1053, №–12, maddə 1192; 2008, №–7, maddə 602, №–11, maddə 960; 2009, №–7, maddə 506; 2011, №–1, maddə 14, №–7, maddələr 588, 603, №–12, maddə 1115; 2012, №–6, maddələr 500, 513, №–7, maddə 652, №– 9, maddə 841, №–12, maddə 1226; 2013, №–2, maddə 91, №–4, maddə 366, №–11, maddə 1278, №–12, maddə 1486; 2014, №–2, maddə 98, №–7, maddə 770) 34.2-ci maddəsinin birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
 
1. birinci cümləyə “müddətində” sözündən sonra “(fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla)” sözləri əlavə edilsin.
 
2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
 
“Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir.”.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 28 noyabr 2014-cü il.
N 1115-IVQD

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın