Vergilər Naziri Fazil Məmmədovla görüşmək üçün ƏLA İMKAN

Vergilər Naziri Fazil Məmmədovla görüşmək üçün ƏLA İMKAN

Sabah bu imkandan yararlana bilərsiniz.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 19-da vergilər naziri Fazil Məmmədov Xırdalan şəhərində (ünvan: Abşeron rayon Mədəniyyət Mərkəzi, H.Əliyev pr. 247) Abşeron, Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
 
Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə  bağlı müraciətlərə baxılacaqdır.
 
Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 2 saylı Ərazi Vergilər Departamenti (əlaqələndirici şəxs – Məmmədova Zülfiyyə Əvəz qızı, əlaqə telefonu: (018) 642-44-10, (012) 497-62-91 mobil (050) 3787438), Sumqayıt şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Qiyasov Faiq Mirağa oğlu, əlaqə telefonu: (018) 642-29-00, mobil (055) 520-11-54), Siyəzən rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Şükürov Adil Əhliman oğlu, əlaqə telefonu: (023) 304-30-34, mobil (055) 607-30-08) və Xırdalan şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Kazımov Zakir Çingiz oğlu, əlaqə telefonu: (012) 342-17-22, mobil (050) 320-73-58) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
 

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın