Avtomobillərin cərimə meydançalarına aparılması qaydalarında CİDDİ DƏYİŞİKLİK

Avtomobillərin cərimə meydançalarına aparılması qaydalarında CİDDİ DƏYİŞİKLİK

Bu protokola foto-video məlumatlar də əlavə edilərək elektron qaydada ASAN Xidmət Agentliyinin “ASAN ödəniş” sisteminə göndərilir.
 
Azərbaycanda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı tədbirlərin görülməsi və avtomobillərin cərimə meydançalarına aparılması qaydaları dəyişib. Fins.az-ın məlumatına görə, bu Daxili İşlər Nazirliyinin qərarı ilə “Yol-patrul xidməti haqqında” Təlimata edilən dəyişikliklərdə əksini tapıb.
 
Dəyişikliklərə əsasən yol hərəkəti qaydalarının pozulması ilə bağlı  bütün video və foto materiallar bir mərkəzdə birləşdiriləcək Belə ki, pozuntunu qeydə alan xüsusi texniki vasitələr Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalıdır. Pozuntuya yol verildikdə foto və video məlumatlar əsasında bu məlumatlar əsasında sürücülərin iştirakı olmadan avtomobilin istifadəçisi və ya sahibi barədə elektron protokol tərtib edilir. Bu protokola foto-video məlumatlar də əlavə edilərək elektron qaydada ASAN Xidmət Agentliyinin “ASAN ödəniş” sisteminə göndərilir.
 
Qaydalara əsasən protokolda foto-video məlumatlarla yanaşı, elektron protokolla əlaqədar vəsatət verilməsi qaydası, inzibati cərimənin miqdarı və ödənilməsi qaydası da göstərilməlidir.
Təlimata edilən dəyişikliklərdə göstərilir ki, çəkilişlə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Eləcə də, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır.
 
Təlimata edilən dəyişikliklərdə avtomobillərin cərimə meydançalarına aparılması qaydaları də dəyişib. Qaydalara əsasən, avtomobillərin dayanma, durma və parklanma qaydalarının pozan şəxs avtomobilin yanında deyilsə, DYP avtomobilindəki bort kompüter vasitəsilə foto və ya video çəkiliş aparılır, inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır.
 
Bu halda inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində yerləşdirilir və bu barədə avtomobilin sahibinə məlumat verilir. Avtomobilin saxanması qaydalarını pozan şəxs avtomobilin yanında deyilsə və avtomobili duracağa aparmaq mümkün olmursa, inzibati xəta haqqında protokol tərtib edilir və həmin protokolun surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur.
 

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın