Rabitə və yüksək texnologiyalar nazirindən sevindirici xəbər

Rabitə və yüksək texnologiyalar nazirindən sevindirici xəbər

Vətəndaş daha rahat elektron xidmətdən istifadə edə biləcək.
 
Azərbaycan mobil “elektron hökumət” platformasına keçidə hazırlaşır. Trend xəbər verir ki, bu barədə cümə axşamı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakıda keçirilən “Elektron hökumətin qurulması problemləri” mövzusunda ilk elmi-praktiki konfransda bildirib.
 
Nazirin sözlərinə görə, söhbət vətəndaşın mobil proqram vasitəsilə mobil qurğulardan istifadə etməklə əldə edə biləcəyi xidmətlərin açılmasından gedir: "Bu gün artıq bir sıra xidmətlər mobil platformadan istifadə etməklə göstərilir. Və birinci plana e-Gov3.0 kimi anlayışlar çıxır. Onun əsas məqsədi və vəzifəsi əhali və işgüzar dairələr üçün hökumətin elektron xidmətlərinin daha geniş imkanlar açmasıdır. Yəni söhbət ondan gedir ki, hər bir vətəndaş, yaxud şirkət elektron hökumət xidmətlərini müstəqil şəkildə formalaşdıra və müəyyən mənada kommersiya əsasında həmin xidmətləri göstərə bilər".
 
Bu, öz növbəsində, elektron xidmətlərin kütləvi şəkildə yayılmasına kömək edir.
 
Abbasovun sözlərinə görə, gündəlikdə “SmartGov” adlanan platforfmanın tətbiqi məsələsi də dayanır. Bu platforma idarəetmənin mərkəzi hakimiyyətdən əhaliyə yerdəyişməsi prinsipini nəzərdə tutur. Yəni əhali dövlət idarəçiliyi sistemində iştirak edəcək və bu planda nazirlik elektron hökumətin yeni formatına e-Gov.3.0-a keçilməsini elan etməyə hazırdır.
 
Nazir rəqəmli imza istifadəçilərinin sayının dinamik artımını da qeyd edib. Bu günədək nazirliyin Sertifikatlaşdırma Mərkəzində təxminən 30 min e-imza verilib. Bundan başqa, ölkənin Vergilər Nazirliyinin Sertifikatlaşdırma Mərkəzi tərəfindən 60 min e-imza sertifikatı verilib: "Hazırda bu prosesə Azərbaycan Mərkəzi Bankı da qoşulub".

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın