Təhsil naziri uşaqların facebook-dan istifadəsindən danışdı

Təhsil naziri uşaqların facebook-dan istifadəsindən danışdı

Mikayıl Cabbarov bu gün Bakıda keçirilən “Elektron hökumətin qurulması problemləri” mövzusunda ilk elmi-praktiki konfransda çıxış edib.
 
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkədə uşaqların daha erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsindən narahatlığını bildirib. 
 
 
"Qafqazinfo" trend-ə istinadən xəbər verir ki, M.Cabbarov bu gün Bakıda keçirilən “Elektron hökumətin qurulması problemləri” mövzusunda ilk elmi-praktiki konfransda çıxışı zamanı deyib ki, bir çox ölkələrdə, hətta təhsil sistemi inkişaf etmiş ölkələrdə belə, sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyəti tətbiq edilir. Uşaqlar adətən 12 yaşdan sonra sosial şəbəkələrə qoşula bilirlər.
 
Nazirin sözlərinə görə, Azərbaycanda gənc nəsillərin sosial şəbəkələrdən istifadə etməsinin müsbət tərəfləri olsa da, bəzilərinin daha erkən yaşlarda - uşaq psixologiyası formalaşmadan sosial şəbəklərə qoşulması narahatedici haldır.
 
M.Cabbarov bu məsələ ilə bağlı cəmiyyət və ailələrin üzərinə də müəyyən işlərin düşdüyünü nəzərə çatdırıb.

"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın