Azərbaycanda bu gün qar örtüyünün ən hündür olan yeri açıqlandı

Azərbaycanda bu gün qar örtüyünün ən hündür olan yeri açıqlandı

Qar örtüyünün hündürlüyü 26 sm-dir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 2-si gündüzdən 03-ü səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb. 
 
 
"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, dekabrın 2-si gün ərzində, dekabrın 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.  
 
Ən çox düşən yağıntının miqdarı: Rvarudda (Lerik) 13, Şamaxıda 8, Kəlvəzdə 7, Astara, Lerikdə 4, Lənkəran, Daşkəsən, Gədəbəy, Qubada 3, Şahbuz, Gəncə, Ağdərə (Ordubad), Zaqatala, Şəki, Xaçmazda 2, Naftalan, Şəmkir, Oğuz, Tərtər, Mingəçevir, Neftçala, Göytəpə, Yardımlı, Sarıbaşda (Qax) 0-1, Bakıda və Abşeron yarımadasında: Neft Daşları, Sumqayıtda 5, Maştağada 4, Binə, Pirallahı, Çilov adasında 3, Qum yatağı, Bakıda 2, Qaradağda 1 mm  təşkil edib.
 
Qar örtüyünün hündürlüyü: Rvarudda (Lerik) 26, Kəlvəzdə 20, Daşkəsəndə 15, Xınalıq, Lerikdə 7, Sarıbaş, Gədəbəydə 6, Ağdərədə 4, Altıağacda 3, Şahbuz, Qubada 1 sm olub. 
 
Külək: Şimal küləyi bəzi rayonlarda 20 m/s-dək güclənib.

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın