"Azercell"in indiyə qədər dövlət büdcəsinə ödədiyi vergini açıqladı

"Azercell"in indiyə qədər dövlət büdcəsinə ödədiyi vergini açıqladı

 

Sizcə, bu məbləğ nə qədər təşkil edir?
 
Azərbaycanın mobil rabitə bazarının 51%-nə nəzarət edən, şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edən “Azercell Telekom” MMC abunəçilərinin sayı 4.6 milyonu ötüb. Fins.az-ın məlumatına görə, hazırda 4.6 mln artıq abunəçi ilə “Azercell” Azərbaycan mobil rabitə bazarının lideridir. Məhz bu şirkət öz abunəçilərinin 70%-nə  üçüncü dəqiqədən sonra sıfır tariflə danışmaq imkanı yaradıb. Bunların bir milyonu “Bölgə” tarifinin, digər iki milyonu isə gənc seqmentlər üçün tariflərin istifadəçiləridir.
 
“TeliaSonera” ailəsinin bir üzvü kimi şirkət yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edib. Ötən ilin sonuna mövcud olan 5 minə yaxın baza stansiyasından 261-i məhz Bakı və Abşeron yarımadasını əhatə edən LTE (4G) şəbəkəsinə xidmət edir.
 
Dünyada mobil internetin sürətini ən dəqiq ölçən sistem - “Ookla Net Index” göstəricisinə əsasən, “Azercell”in təqdim etdiyi mobil internet Azərbaycanın mobil operatorları arasında ən sürətlisidir. Belə ki, sistem ölçmələrinə əsasən Azercell hazırda saniyədə 6,12 MB sürətli İnterneti təqdim edir.
 
Azercell uzun müddətdir ki, qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayədarı kimi də tanınır. Azercell-in bu illər ərzində Azərbaycanın telekommunikasiya sektoruna yatırdığı sərmayənin ümumi məbləği 1 milyard ABŞ dollarından artıqdır. Şirkətin dövlət büdcəsinə ödədiyi vergilər də 1 milyard  dollar keçib.
 
Azercell bu 18 ilə yaxın müddət ərzində telekommunikasiya bazarından kənardakı fəaliyyəti ilə də öndə olub. Korporativ Sosial Məsuliyyət anlayışını Azərbaycanda tanıtdıran şirkət indiyə qədər təhsil, səhiyyə, idman, mədəniyyət, gənclər və uşaqların inkişafı sahəsindəki sosial layihələrin həyata keçirilməsinə son 18 il ərzində 18 mln ABŞ dollarından artıq vəsait sərf edib.

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər