Çoxlarının çalışmaq istədiyi SOCAR-ın yeni binası qiyməti açıqlandı

Çoxlarının çalışmaq istədiyi SOCAR-ın yeni binası qiyməti açıqlandı

ARDNŞ-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nizaməddin Quliyevin sözlərinə görə, hazırda bu qiymət bir qədər artıb, çünki binanın ətrafında əlavə işlərin görülməsi zərurəti yaranıb.
 
Bir neçə gündür ki, sosial şəbəkələrdə Dövlət Neft Şirkətinin (ARDNŞ)  paytaxtın Heydər Əliyev prospektində tikilən yeni binasının qiymətinin 1,5 milyard dollar olması haqda qızğın müzakirələr gedir. Fins.az-ın məlumatına görə, bununla bağlı Caspian Barrel-in sorğusuna cavab verən ARDNŞ-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nizaməddin Quliyev bildirib ki, “sözügedən qiymət reallıqdan ən azı 5 dəfə şişirdilib”.
Şirkətin yeni binası Türkiyənin “Tekfen Construction and Installation Co.” tərəfindən həyata keçirilir. “Biz həmin şirkətlə müqaviləni 2010-cu ildə 235 milyon 400 min dollara bağlamışıq”, deyə ARDNŞ sözçüsü bildirib.
Nizaməddin Quliyevin sözlərinə görə, hazırda bu qiymət bir qədər artıb, çünki binanın ətrafında əlavə işlərin görülməsi zərurəti yaranıb. Buna görə də binanın təhvil verilməsi də hazırda 2015-ci ilin birinci yarısına planlaşdırılır.
ARDNŞ-ın binası 42 mərtəbəlidir. Onun 2 mərtəbəsi yerin altındadır. 3 mərtəbəsi təsərrüfat xarakteri daşıyır. Binanın ümumi sahəsi 100 min kvadrat metrə yaxındır ki, bundan da  zirzəmi və təsərrüfat sahəsi təxminən 52 min kvadrat metr, ofis hissəsinin sahəsi isə 40,5 min kvadrat metrdir.
Bu bina 2200 nəfərin eyni zamanda çalışması üçün nəzərdə tutulub. Layihəyə görə binaya 220 nəfərdən ibarət texniki heyət xidmət göstərəcək.
Qeyd edək ki, “Tekfen” şirkətinin saytında bildirilir ki, ARDNŞ-ın yeni ofisinin tikintisi işlərinə 2010-cu ilin iyununda başlanılıb. Qrafikə uyğun olaraq tkinti işləri 30 sentyabr 2014-cü ildə  başa çatıb. Hazırda tamamlama işləri gedir.

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın