ACCESBANK-da işə qəbul olmağın sirrləri öyrənmək üçün ŞANS

ACCESBANK-da işə qəbul olmağın sirrləri öyrənmək üçün ŞANS

İqtisad Universitetini məzunu Aynur Süleymanlı 6 ildən çoxdur ki, AccessBank-ın İnsan Resursları departamentinin rəhbəridir.
 
Aynur Süleymanlı Bakıda anadan olub. 164 saylı orta məktəbi, İqtisad Universitetini "Əməyin sosiologiyası" ixtisası üzrə bakalavr, 2002-ci ildə həmin universitetin "Heyətin İdarə edilməsi" ixtisası üzrə magistr səviyyəsində bitirib. AccessBank-ın İnsan Resursları departamentinin rəhbəridir. 2005-ci ilin noyabr ayında AccessBank-a işə qəbul olbv. İnsan Resursları departamentində köməkçi vəzifəsində çalışıb, 2008-ci ildən artıq İnsan Resursları departamentin rəhbəri vəzifəsinə təyin olunub və 6 ildən çoxdur bu sahədə çalışır. 
 
- İşə qəbulda hansı tələblər var?
 
- Hər vəzifə üçün, hər departament üçün fərqlidir. Əksər vəzifələrə mütləq tələb ali təhsildir. Xadimə, inzibati köməkçi, sürücü kimi vəzifələrə ali təhsil lazım deyil əlbəttə. Amma mütəxəssis vəzifələrinə, bank işinə aid olan vəzifələrə ali təhsil ilkin tələbdir.
 
- Əgər bank işidirsə, mütləq iqtisadi ali təhsil olmalıdır?
 
- Yox. Elə bir tələb qoyulmayıb. Bizdə Dillər Universitetini bitirən də var, problem yaratmır.
 
- Nədən problem yaratmır ?
 
- Bizə insanın ali təhsilli olması əhəmiyyətlidir. Ona bank üzrə xüsusi bilikləri isə biz özümüz burda veririk. İş təcrübəsi də tələb etmirik heç kəsdən. 
 
- Başqa bankdan olan işçini qəbul edirsinizmi? 
 
- Digər banklarda çalışmış insanlar da bizdə işləyirlər. Doğrudur, kadrları özümüz yetişdirməyə üstünlük veririk, bununla fəxr edirik. AccessBank-ın bütün idarə heyəti, departament rəhbərləri, filial rəhbərləri hamısı bankda inkişaf ediblər. Şagird, köməkçi kimi banka daxil olub və ən yüksək vəzifəyə qədər yüksəliblər. Bunu bir nümunə kimi bütün işçilərə danışırıq. 
 
- Daha nə kimi tələb var?
 
- Hər vəzifəyə görə spesifik tələb var. Bəzi vəzifələrə dil, bəzisinə kompüter biliyi lazımdır, elə vəzifə də var, orada ünsiyyət qurmaq bacarığı əsas götürülür.
 
- Bankın ən vacib yeri kassa sayılır. Bildiyimə görə, kassaya işçini bir az fərqli seçirlər. Sizdə necə? 
 
- Digər işçiləri necə işə götürürüksə, kassirləri də o cür qəbul edirik. Bütün vəzifələr üçün işə qəbul prosesi standartdır. Gələcək işində problemin yaranmasının qarşısını almaq üçün namizədin özünə əminliyinə baxırıq. Namizəd kassada işləmək istəyirsə, deməli nağd pulla işləyəcəyini bilir. Bizə digər təşkilatlarda kassir vəzifəsində işləmiş insanlar da müraciət edirlər. Onların artıq pula əli öyrəşib və müəyyən təcrübələri var. Amma heç pulla işləməyən namizədi də götürmüşük, kassada çox uğurlu bir karyera quranlar da olub. 
 
- Xarici dil bilmək mütləqdir? Bakı banklarında rus dilini bilməyən işçi görməmişəm.
 
- Xeyr, mütləq deyil. Regional filiallara getsəniz, bəlkə də 80 faizi rus dilini bilmir. Son zamanlar rus dilini bilməyən insanların sayı artıb. İşçilərimizin çoxu rus, ingilis dillərini kifayət qədər səlis bilir. Bankda rus dilini bilməyən işçilərimiz də var.

---------------------------------------------------------------------------------------------------------------------------------- "Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda   Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın