Yol Polisi maşını saxlamadan onun qayda pozuntusu etməsi haqqında məlumatı olacaq

Yol Polisi maşını saxlamadan onun qayda pozuntusu etməsi haqqında məlumatı olacaq

Bu məlumatı ona digər dövlət orqanı ötürəcək.
 
İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi tezliklə Daxili İşlər Nazirliyinin (DİN) məlumat bazasına inteqrasiya ediləcək. Fins.az-ın "Trend"-ə istinadən məlumatına görə, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib.
 
Onun sözlərinə görə, İSB-nin informasiya sistemi tezliklə DİN-in nəqliyyat vasitələri və şəxsiyyət vəsiqələri üzrə məlumat bazasına inteqrasiya olunacaq: "Hazırda texniki məsələlər yekunlaşmaq ərəfəsindədir".
 
N.Xəlilov qeyd edib ki, yol polisi artıq avtomobili saxlamadan avtomobilin texniki baxışdan keçməsi, onun qaçırılması və s. məsələləri yoxlaya bilər: "Hazırda yol polisinin zəruri texniki imkanları var və inteqrasiyadan sonra yol polisi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə polisin mövcudluğunu məsafədən yoxlaya biləcəklər".
 
O, əlavə edib ki, inteqrasiyadan sonra blanklardan imtina etmək və AVSMMİS üzrə elektron polisə keçmək imkanı yaranacaq: "İnteqrasiya sığorta şirkətlərinin icrasına 2011-ci ilin dekabrında başladıqları "İcbari sığortlar haqqında" qanun çərçivəsində həyata keçirilir".

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın