Xaricə səfər edən HR və Mühasiblər üçün XƏBƏR

Xaricə səfər edən HR və Mühasiblər üçün XƏBƏR

Daha 2 Avropa ölkəsi ilə viza rejimi sadələşdirilir.
 
Azərbaycan hökuməti İsveçrə və Norveçlə viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında sazişlərin imzalanmasına hazırlığı başa çatdırıb. Bunu Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
 
Onun sözlərinə görə, bütün dövlət daxili prosedurlar başa çatdırılıb və sənədlərin yaxın vaxtlarda imzalanması gözlənilir: "Razılaşmaya əsasən, Şengen zonasına daxil olan İsveçrə və Norveçlə sadələşdirilmiş viza rejimi Avropa İttifaqı ilə sazişlərin şərtlərinə uyğun olacaq".
 
Aİ ölkələri ilə saziş bu il sentyabrın 1-də qüvvəyə minib. Mövcud saziş Aİ-yə daxil olan Danimarka, Böyük Britaniya və Şimali İrlandiya, həmçinin Şengen zonasına qoşulmuş İslandiya, Norveç, İsveçrə və Lixtenşteyinə şamil edilmir.
 
M.Məmməd-Quliyev əlavə edib ki, Norveç və İsveçrədən başqa, sazişə qoşulmamış digər ölkələrlə hazırkı mərhələdə danışıqlar aparılmır: "Əgər belə zərurət yaranarsa, bu ölkələrlə də viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında ayrıca saziş imzalanacaq".
 
Qeyd edək ki, sazişlərə müvafiq olaraq, viza yığımları 60 avrodan 35 avroyadək endiriləcək, vətəndaşların bəzi kateqoriyaları isə yığımlardan azad ediləcək. Tez-tez səfər edən bəzi kateqoriyalı şəxslər üçün Aİ-nin üzv ölkələri tərəfindən 1 ildən 5 il müddətinədək çoxdəfəlik vizalar veriləcək. Diplomatik pasportları olanlar isə viza almaqdan azad edilir.
 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın