Kredit almaq istəyənlər, bu xəbərə DİQQƏT

Kredit almaq istəyənlər, bu xəbərə DİQQƏT

 Mərkəzi Bankın istehlak kreditləri ilə bağlı tələbi
 
Azərbaycanın Mərkəzi Bankı kommersiya banklarında istehlak kreditlərinin artım dinamikasını bir qədər də aşağı salmağı nəzərdə tutur.
Fins.az-ın məumatına görə, bunu jurnalistlərə Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov bildirib.
 
Azərbaycanın Mərkəzi Bankı kommersiya banklarında istehlak kreditlərinin artım dinamikasını bir qədər də aşağı salmağı nəzərdə tutur.
Fins.az-ın məumatına görə, bunu jurnalistlərə Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov bildirib.
 
“Bildiyimiz kimi, Mərkəzi Bank bu ilin əvvəlindən istehlak kreditləşməsi ilə bağlı müəyyən tənzimləyici addımlar atıb. Nəticə də bundan ibarətdir ki, artıq istehlak kreditlərinin artım dinamikası iki dəfə aşağı düşüb. İpoteka kreditlərini istisna etsək,  istehlak kreditləri ilin əvvəlindən təxminən 10% artıb.  Yəqin ki, biz ilin sonuna qədər əlavə tənzimləyici addımlar atacağıq. Biz bu addımların banklarda istehlak kreditləşməsinin dinamikasına bir qədər də azaldıcı təsir göstərəcəyini gözləyirik”.
 
Rəşad Orucov qeyd edib ki, əsas tədbirlərdən biri insanların gəlirlərinin borc yükünə uyğun olması tələbinin tətbiq edilməsi olacaqdır. Bu tələbdən sonra hər bir şəxs sənəd ilə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər bankdan borc götürə biləcəkdir.
 
“Yəni, insanların gəlirləri onların borc yükünə uyğun olmalıdır. Gəlirlər imkan verməlidir ki, insanlar öz borclarını konfortlu şəkildə ödəsinlər. Əsas tələb bu istiqamətdədir. Hər bir şəxs kredit götürərkən aylıq gəlirlərinə və  onun hər ay borcların ödənilməsinə  nə qədər yönəldə biləcəyinə baxılacaqdır. Məsələn, vətəndaşlar aylıq gəlirinin 50%-dək hissəsini bütün borclarının ödənilməsinə yönəldə biləcəklər. Mərkəzi Bankda hazırda müxtəlif variantlara baxılır. Ən normal göstərici 40-50 fazidir”.

"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövrlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adresinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın