Hansı rayonun Maliyyə İdarəsinin rəisini işdən çıxartdılar?

Hansı rayonun Maliyyə İdarəsinin rəisini işdən çıxartdılar?

Maliyyə naziri Samir Şərifovun imzaladığı 3 noyabr 2014-cü il tarixli əmrlə  yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə işləri tələb olunan səviyyədə yerinə yetirmədiyinə, büdcə və büdcədənkənar vəsaitlərin təyinatı üzrə xərclənməsinə zəif nəzarət etdiyinə görə tutduğu vəzifədən azad edilib.
 
 
Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinin rəisi Elşad Əhmədov tutduğu vəzifədən azad edilib.
 
APA-nın sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, maliyyə naziri Samir Şərifovun imzaladığı 3 noyabr 2014-cü il tarixli əmrlə, Ağdam rayonu üzrə Maliyyə İdarəsinin rəisi Elşad Əhmədov işdə yol verdiyi nöqsanlara görə, o cümlədən dövlət büdcəsinin Ağdam rayonu üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə işləri tələb olunan səviyyədə yerinə yetirmədiyinə, büdcə və büdcədənkənar vəsaitlərin təyinatı üzrə xərclənməsinə zəif nəzarət etdiyinə görə tutduğu vəzifədən azad edilib.

“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı

504 səhifəlik, qalın üzlü  “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.  

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın