Qeydiyyatı pulla olan mobil telefonları necə qeydiyyata alacıyıq?

Qeydiyyatı pulla olan mobil telefonları necə qeydiyyata alacıyıq?

 Rabitə və Yüksək Texnologiyaları Nazirliyi qiymət məsələyə rəsmi olaraq aydınlıq gətirib.
 
 
Noyabr 1-dən mobil cihazların (mobil telefonlar, smartfonlar, planşetlər və s.) qeydiyyatı asanlaşıb: ölkəyə idxal olunan mobil qurğular 24 saat müddətində qeydiyyatdan keçir. Tətbiq olunan yeni sistem istifadəçilərin vaxt sərfini də minimuma endirib. Poçt şöbəsində mobil qurğunun qeydiyyatı üçün ərizə şəxsiyyət vəsiqəsində olan fərdi məlumatlar elektron formatda oxunaraq avtomatik hazırlanır və vətəndaşın 2-3 dəqiqə vaxtını alır. Əvvəl ərizə əllə doldurulur və bu da vətəndaşların 10-15 dəqiqə vaxtını alırdı.
 
Yeni informasiya sisteminin tətbiqi nəticəsində vətəndaşlar mobil telefonlarının IMEI kodunun qeydiyyatı haqqında SMS bildirişini faktiki olaraq qeydiyyatdan bir neçə dəqiqə sonra ala biləcək. Müstəsna hallarda bu proses maksimum 24 saat çəkə bilər.
 
Yeniliklərdən biri də IMEI kodun qeydiyyatının onlayn rejimdə həyata keçirilmə imkanıdır. E-gov.az portalı vasitəsilə hər bir vətəndaş internetlə öz mobil qurğusunu qeydiyyatdan keçirə bilər. Yeni tətbiq edilən ödəniş də elektron formatda bank kartı vasitəsilə mümkündür.
 
1 noyabrdan başlayaraq IMEI kodunun ödənişli qeydiyyatına gəlincə, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi bu məsələyə rəsmi olaraq aydınlıq gətirib. Ödənişin tətbiqi Azərbaycana pərakəndə idxal olunan mobil cihazlarının davamlı olaraq artması və sistemin dəstəklənməsi üçün maliyyə vəsaitinin tələb olunması ilə bağlıdır. Vətəndaşlara xidmətin səviyyəsinin yüksəldilməsi üçün yeni informasiya sisteminin tətbiqi də əlavə vəsait tələb edib.
 
Ölkəyə idxal edən zaman vətəndaşlar hər mobil cihaz üçün 5 manat ödəməli olacaqlar.
 
Məlumatı www.Smartfon.az yayıb.
 
 
"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda  Son dövlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.   Kitabın 5-ci nəşrinə yeni fəsillər əlavə olunub, bəzi fəsillər təkmilləşdirilib. İlkin olaraq Əmək Məcəlləsində edilən son dəyişikliklər nəzərə alınaraq fəsillərdə müvafiq düzəliş və əlavələr aparılıb. Kitabda əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınaraq işəgötürənlərə nazirlik tərəfindən elektron bildiriş təqdim edilməsi barədə  edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, bu prsoeslə bağlı nümünəvi əmr və əmək müqaviləsi formaları yerləşdirilib. Yeni nəşrdə inzibati tənbeh və xarici vətəndaşlarla bağlı yaranan əmək münasibətləri haqqında ayrıca fəsillər əlavə olunub, mükafat, maddi yardım, ştat cədvəli və digər mühüm mövzularla bağlı məlumat verilib, nümünəvi formalar yerləşdirilib.   Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini   [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
 

0 Komment

    Şərh yazın