Pensiya yaşı ilə bağlı CİDDİ DƏYİŞİKLİK

Pensiya yaşı ilə bağlı CİDDİ DƏYİŞİKLİK

Konsepsiyada bildirilir ki, əsas yeniliklər vaxtından əvvəl və ya müxtəlif səbəblərdən erkən pensiyaya çıxma halı ilə bağlı olacaq.
 
 
Azərbaycanda pensiyaya çıxma yaşı dəyişdiriləcək. Fins.az-ın məlumatına görə, bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı KONSEPSİYASI"nda nəzərdə tutulub.
 
Konsepsiyada bildirilir ki, əsas yeniliklər vaxtından əvvəl və ya müxtəlif səbəblərdən erkən pensiyaya çıxma halı ilə bağlı olacaq.  Daha dəqiqi, sığorta prinsiplərinə uyğun olmayan, yəni güzəştli və xüsusi şərtlərlə, habelə erkən pensiyaya çıxma hallarında pensiya məbləği ödənilmiş sığorta haqqına uyğunlaşdırılacaq.
 
Ümumiyyətlə, hökumət əhalinin pensiyaya daha gec çıxmağa həvəsləndirmək və pensiyaya daha tez çıxmağa marağı artırmaq üçün yeni mexanizmlər tətbiq etmək niyyətindədir.
 
Bundan başqa, zərərli və təhlükəli işlərdə çalışanlar, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və digər kateqoriyalar üçün pensiya təyinatı və sığorta haqqı normativləri şərtlərinə yenidən baxılması nəzərdə tutulur. Konsepsiyaya əsasən, bu işlər 2014-2015-ci illərdə həyata keçirilməlidir. Hazırda 2014-cü ilin sonu olduğunu nəzərə aldıqda, dəyişikliklərin əsas hissəsi məhz gələn il həyata keçiriləcək.
 
Konsepsiyaya əsasən qadınlar və kişilərin pensiya yaşına da yenidən baxılacaq və bu zaman ölkədəki demoqrafik vəziyyət nəzərə alınıcaq. Amma bu proses bir qədər gec - yəni 2018-ci ildən başlanacaq.
"Əmək Məcəlləsi"nə edilən son dəyişikliklərin nəzərə alınmaqla ƏMƏK MÜQAVİLƏSİnin son nümünəvi variantı kitabımızda
 
Son dövlər ölkəmizdə işəgötürənlər və işçilər arasında formalaşan əmək münasibətləri sferasında, eyni zamanda, tənzimləməni həyata keçirən müvafiq qurumlarla bağlı bir çox qanunvericilik dəyişiklikləri həyata keçirilib. Qeyd olunan dəyişiklikləri və oxucuların rəy və təkliflərini nəzərə alaraq «Əmək Münasibətləri: A-dan Z-yə» kitabının 5-ci təkmilləşdirilmiş nəşrini çap etməyə qərar verdik.  
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 30manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın