Nobel mükafatı alan Malalanın kədərli həmdə uğurlu həyat tarixçəsi

Nobel mükafatı alan Malalanın kədərli həmdə uğurlu həyat tarixçəsi

Malala milliyətcə Pakistanda yaşayan müsəlman-puştu xalqlarındandır.
 
Ekspertlərin favorit kimi göstərdikləri Roma papası, Edvard Snoudeni, eləcə də Rusiya prezidenti Vladimir Putini və ümumilikdə dünyanın müxtəlif ölkələrindən olan 278 namizədi üstələyərək Nobel Sülh mükafatını alan pakistanlı Malala Yusufzai yenidən dünya mətbuatının gündəmindədir. 
 
“Qafqazinfo” Talibanın “ölüm siyahısı”na düşən 17 yaşlı hüquq-müdafiəçisinin həyatından maraqlı məqamları təqdim edir:
Malala Yusufzai 12 iyul, 1997-ci ildə Pakistanın Mingora şəhərində, Svat vadisində anadan olub. Malala milliyətcə Pakistanda yaşayan müsəlman-puştu xalqlarındandır. Atası Ziauddin Yusifzai ölkəsində şair, ictimai xadim və özəl məktəbin sahibi kimi tanınır. Məhz atası sayəsində Malala təhsil ala bilir. 
Malala 2009-cu ildə, hələ 11 yaşı olanda bütün dünyada BBC üçün yazdığı  şəxsi blogundan sonra məşhurlaşır. Blogunda Yusifzai talib rejimi altında yaşayışlarını və ölkəsində qızların təhsil alması üçün şəxsi baxışlarını bölüşür. Taliblər təhdidlərin bir işə yaramadığını görəndə Malalaya sui-qəsd etmək qərarına gəlirlər. 
Beləliklə, 2012-ci ilin oktyabrında məktəbliləri daşıyan avtobusa maskalı şəxs hücum edir və Malalanı başından vurur. Hərbi xəstəxanaya aparılan fəalın həyatını qurtarmaq mümkün olur. Daha sonra Birminhemə aparılan Malalanın sui-qəsd zamanı itirdiyi eşitməsi də bərpa edilir. 
Onu da əlavə edək ki, pakistanlı fəal Malala Yusufzai artıq ikinci dəfə bu mükafata namizəd kimi irəli sürülmüşdü.

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın