Vergilər Nazirliyindən "ASAN İmza" ilə bağlı YENİ ACIQLAMA

Vergilər Nazirliyindən "ASAN İmza" ilə bağlı YENİ ACIQLAMA

“Asan İmza” istifadəçiləri, mütləq bu xəbəri oxuyun...
 
Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununun müddəalarına əsasən “gücləndirilmiş elektron imza”, o cümlədən də Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzləri tərəfindən təqdim olunan “Asan İmza” (Mobil imza)  imza sahibini identikləşdirən elektron imza olmaqla kağız daşıyıcılarındakı əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
 
Bununla əlaqədar olaraq bildiririk ki, Mülki Məcəllənin tələbləri nəzərə alınmaqla bir şəxs tərəfindən digər şəxsə üçüncü şəxslər qarşısında özünü təmsil etmək üçün verdiyi vəkalət (etibarnamə) digər şəxsə təmsil etdiyi şəxsin adına “Asan İmza”nı əldə etmək hüququnu versə də, onun adından həmin “Asan İmza” ilə əməliyyatları imzalamaq hüququ vermir.
 
Müvafiq olaraq, hüquqi şəxsin rəhbərinin və ya fiziki şəxsin səlahiyyətli nümayəndəsinin rəhbərə və ya fiziki şəxsə məxsus “Asan İmza”dan həmin hüquqi şəxsin və ya fiziki şəxsin adından əməliyyatların aparılması qanunvericiliyə uyğun deyildir.
 
Bu səbəbdən də, səlahiyyətli nümayəndə hüquqi şəxsin rəhbərinin və ya fiziki şəxsin adından əməliyyatlar aparmaq üçün özü də “Asan İmza” sertifikatını əldə etməli və elektron xidmətlərdən istifadə zamanı proqram təminatında hüquqi şəxsin rəhbəri və ya fiziki şəxs tərəfindən ona əməliyyatların aparılması üçün müvafiq hüquqlar verilməlidir.
 
Nümunə: “A” müəssisəsinin rəhbəri “Asan İmza” əldə etmək üçün mühasibinə və ya onu təmsil edən digər şəxsə etibarnamə təqdim etmişdir. Həmin şəxs bu etibarnamə vasitəsilə xidmət mərkəzinə müraciət etməklə rəhbər üçün “Asan İmza” alır. Lakin həmin şəxs xidmət mərkəzində “A” müəssisəsinin rəhbərinə məxsus “Asan İmza” vasitəsilə sənədləri özü imzalaya bilməz. Bunun üçün o özü də “Asan İmza” almalı və “A” müəssisəsinin rəhbəri ona proqram təminatında hər hansı əməliyyatları aparmaq üçün müvafiq hüquqlar (səlahiyyət) verməlidir.
 
Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin “195” Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
 

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın