Vergi orqanlarında çalışan məmurun uğuru

Vergi orqanlarında çalışan məmurun uğuru

Prezident İlham Əliyevin sərəncamı ilə Vergilər Nazirliyinin məsul işçisi icra başçısı təyin olundu.
 
Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir rayonun icra başçısı Nazim Veys oğlu Veysov tutduğu vəzifədən azad edilib. Ölkə başçısının digər sərəncamı ilə bu posta Alimpaşa Adil oğlu Məmmədov təyin edilib.
 
“Qafqazinfo” azvision.az-a istinadən xəbər verir ki, Şəmkinin yeni icra başçısı bu təyinatadək Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləyib. Araşdırmamız zamanı məlum olub ki, Alimpaşa Məmmədov bundan öncə bir sıra vəzifələrdə işləyib. 
 
Belə ki, A.Məmmədov Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışmazdən öncə Salyan şəhərinin və hazırda icra başçısı olduğu Şəmkirin Vergilər İdarəsinin rəisi vəzifələrində işləyib.
 
A.Məmmədov daha sonra Vergilər Nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edilib. Bir müddət burada işlədikdən sonra o, Səbayel Vergi İdarəsində rəis olub. 
 
Uzun illər vergi sistemində işləyən A.Məmmədov nazirin əmri ilə Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edən 2 saylı Ərazi Vergilər İdarəsinə rəis təyin edilib. Fəaliyyətində göstərdiyi xidmətlərə görə vergilər naziri Fazil Məmmədovun diqqətini çəkən A.Məmmədovun vəzifəsi bir qədər qaldırılaraq Bakı şəhər Vergilər Departamentinin rəisi postu ona həvalə edilib.

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın