Hökümətdən mənzilə sahib olmaq üçün gənclər üçün XƏBƏR

Hökümətdən mənzilə sahib olmaq üçün gənclər üçün XƏBƏR

“Azərbaycan Ailəsi Strategiyası”nda gənc ailələr üçün maraqlı yanaşma
 
Azərbaycanda gənc ailələr üçün kooperativ evlər kimi sosial yaşayış binaları tikilə və bu evlər onlara çox ucuz qiymətə kirayə verilə bilər. Bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
Məlumata görə, bu, Dövlət Komitəsi tərəfindən yeni hazırlanan “Azərbaycan Ailəsi Strategiyası”nın layihəsində təkliflərdən biri kimi nəzərdə tutulub.
 
Komitədən bildirilib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq hazırlanan “Azərbaycan Ailəsi Strategiyası” layihəsində gənc ailələr üçün dünyada qəbul edilmiş təcrübəyə uyğun müxtəlif sosial layihələrin, proqramların həyata keçirilməsi təklif edilir. Bu proqramlar gənc ailələrə hərtərəfli dəstək verəcək, onların maddi, mənzil şəraiti və s. baxımından vəziyyətlərinin yaxşılaşmasına imkan yaradacaq.
 
Strategiyaya daxil edilən əsas məsələlərdən biri gənc ailələrin mənzil təminatının yaxşılaşdırılmasıdır.
Strategiya layihəsində təklif edilir ki, gənc ailələr üçün ipoteka şərtləri yüngülləşdirilsin. Bununla yanaşı, gənc ailələrə dövlətin balansında olan yaşayış binalarında ucuz qiymətə və uzun müddətə mənzillərin kirayə verilməsi təklif olunur.
 
Layihəyə gənc ailələrin reproduktiv sağlamlığının qorunması, ailə planlaşdırılması kimi məsələlər də daxil edilib.
 
Artıq strategiya layihəsinin işçi qrup səviyyəsində ilk müzakirəsi keçirilib. Sənəd daha da təkmilləşdirildikdən sonra rəy alınması üçün digər dövlət qurumlarına göndəriləcək.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın