Əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı İNANILMAZ RƏQƏM

Əmək müqaviləsinin elektron qeydiyyatı ilə bağlı İNANILMAZ RƏQƏM

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti: "Əldə olunan məlumatlar bütün əmək müqavilələrinin heç də hamısının EİS-də qeydiyyatdan keçirilmədiyini göstərir."
 
Oktyabrın 1-dək Elektron İnformasiya Sistemindən (EİS) istifadə ilə bağlı işəgötürənlərin məlumatlılıq səviyyəsinin artırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən çoxşaxəli təbliğat-məlumatlandırma işləri aparılıb, respublikanın bütün regionlarında işəgötürənlər üçün “Açıq qapı günü-vətəndaş forumu” çərçivəsində məlumatlandırma tədbirləri həyata keçirilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qurum işəgötürənlərə bu sahədə əməli köməklik göstərilməsi üçün hər bir regionda “Yardımçı masaları”nın yaradılmasını, onların ünvan və əlaqə nömrələri barədə KİV-də məlumatların yayılmasını təmin edib. ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilməsi ilə bağlı müvafiq metodiki göstərişlər və yardımçı materiallar təqdim olunmaqla, nazirliyin "142 - Çağrı mərkəzi" tərəfindən müvafiq mövzuda işəgötürənlərin çoxsaylı sorğuları cavablandırılıb.
 
Aparılan məqsədyönlü işlərin və işəgötürənlərin bu islahat tədbirində fəallığının, habelə yeni sistemin mükəmməl  proqram təminatının, onun texniki imkanlarının sistemdən rahat və asan istifadə üçün əlverişli olmasının müsbət nəticəsi kimi, EİS-ə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı artıq 1 mln. 276 mini ötüb.
 
Əldə olunan məlumatlar bütün əmək müqavilələrinin heç də hamısının EİS-də qeydiyyatdan keçirilmədiyini göstərir. Eyni zamanda, bir çox işəgötürənlərin əmək müqaviləsi bildirişlərini qeydiyyatdan keçirmək üçün cəhd etdikləri və müəyyən texniki səbəblərdən bu prosesi həyata keçirə bilmədikləri EİS-də qeydə alınıb. Belə işəgötürənlərə prosesi qısa vaxtda başa çatdırmaları üçün yardım etmək nəzərdə tutulur. Bununla belə, əmək müqaviləsi bildirişlərinin sistemdə qeydiyyatdan keçirilməsinə biganə yanaşan, bu islahat tədbirində iştirakdan yayınan, xüsusən də EİS işə salındıqdan sonrakı dövrdə əmək fəaliyyətinə cəlb edilmiş şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərini sistemə daxil etməyən işəgötürənlərə qarşı qanunauyğun şəkildə ciddi cəza tədbirləri görüləcək.

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın