"ASAN Xidmət"də çalışmaq istəyənlər üçün AKTUAL XƏBƏR

"ASAN Xidmət"də çalışmaq istəyənlər üçün AKTUAL XƏBƏR

İnam Kərimov "ASAN xidmət" mərkəzinin açılacağı 4 rayonun adını açıqladı.
 
Bu ilin sonuna kimi Sabirabad və Bərdədə "ASAN Xidmət" mərkəzlərinin açılması gözlənilir.
 
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib.
 
İ.Kərimov deyib ki, hazırda ölkə Prezidentin tapşırığına əsasən, Sabirabad və Bərdədə "ASAN Xidmət" mərkəzlərinin açılması üzrə intensiv işlər həyata keçirilir: "Bu ilin sonuna qədər həmin mərkəzlərin açılması nəzərdə tutulur. Eyni zamanda, Masallı və Qəbələdə də mərkəzlərin tikintisinə başlanılıb. Yaxın müddətdə regionlarda da "ASAN xidmət" mərkəzləri fəaliyyətə başladıqdan sonra bütün respublika üzrə ərazi məhdudiyyəti tam aradan qaldırılacaq".
 
O, həmçinin qeyd edib ki, səyyar "ASAN xidmət"lərin göstərilməsi üçün əlavə 8 avtobusun alınması nəzərdə tutulur: "Artıq 2 avtobus növbəti aylarda fəaliyyətə başlayacaq. İlin sonuna kimi digər avtobuslar da fəaliyyət göstərəcək. Avtobuslar vasitəsilə mərkəzin olmadığı şəhər və kəndlərdə vətəndaşlar xidmətlərdən rahat şəkildə faydalana biləcəklər".
 

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur

0 Komment

    Şərh yazın