"AZAL" rəhbərliyindən uçuz qiymətə səfər etmək istəyənlər üçün sevindirici xəbər

"AZAL" rəhbərliyindən uçuz qiymətə səfər etmək istəyənlər üçün sevindirici xəbər

AZAL-ın nümayəndə heyəti sözügedən şirkətlə danışıqlar aparmaq üçün Macarıstana yollanıb.
 
Macarıstanın "WizzAir" aviaşirkəti Azərbaycana uçuşları davam etdirəcək.
“APA-Economics”in xəbərinə görə, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Sabir İlyasov bildirib.
Onun sözlərinə görə, AZAL-ın nümayəndə heyəti sözügedən şirkətlə danışıqlar aparmaq üçün Macarıstana yollanıb.
“"WizzAir" aviaşirkətinin Budapeştlə Bakı arasında aviareysləri yerinə yetirmək üçün Macarıstan tərəfinin Azərbaycanla dövlətlərarası sazişi yox idi. Onlar ancaq müvəqqəti protokol əsasında aviareyslərini yerinə yetirirdilər. Bizim nümayəndə heyəti danışıqlar üçün Budapeştdə yollanıb. Onlar sentyabrın 27-də qayıdacaqlar”, - deyə S. İlyasov qeyd edib.

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın