DİQQƏT!!! Əmək müqaviləsinin qeydiyyatı ilə bağlı yaranan suala RƏSMİ AÇIQLAMA

DİQQƏT!!! Əmək müqaviləsinin qeydiyyatı ilə bağlı yaranan suala RƏSMİ AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: "Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır"
 
Sentyabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi məlumat yayıb. “Media forum” saytı həmin məlumatı təqdim edir:
 
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan ayrı-ayrı müraciətlərdə bir şəxslə iki və daha çox iş yerində bağlanan əmək müqavilələri bildirişlərinin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilib-keçirilməməsi ilə bağlı suallar əksini tapır. Bununla əlaqədar bildiririk ki, cari il iyulun 1-dən istifadəyə verilən elektron informasiya sistemi bir şəxslə iki və daha artıq iş yerində bağlanmış əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirilməsində heç bir məhdudiyyət yaratmır.
 
Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır.
 
EİS-in proqram təminatı hazırlanarkən bu məqam nəzərə alınıb. Yəni hər hansı şəxslə əsas iş yerində bağlanmış əmək müqaviləsi bildirişi qeydiyyatdan keçirilərkən bu iş yeri sistemdə də onun əsas iş yeri kimi əksini tapır. Əlavə iş yerində bağlanmış əmək müqavilələri bildirişi isə sistemdə onun əlavə iş yeri kimi qeydiyyatdan keçirilir. Bütün hallarda EİS-də işçinin yalnız bir əsas iş yeri qeydiyyatdan keçir və sistem əlavə iş yerinin də əsas iş yeri kimi qeydiyyatdan keçirilməsini təmin etmir.
 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın