Vergilər Nazirliyindən Sakit müəllimi əsəbləşdirən sualın cavabı

Vergilər Nazirliyindən Sakit müəllimi əsəbləşdirən sualın cavabı

 

Bu düzgündürmü? Əmək haqqını başa düşürəm vergi məcəlləsinə görə 14% tutulmalıdır. Bəs yemək pulundan niyə ayrıca tutulur?
 
Sual: Salam. Mən işlədiyim şirkətdə əmək müqaviləsi imzalamışam. Bu müqaviləyə əsasən mənə aylıq 570 azn maaş və hər iş günü üçün 3 azn ödənilir. Ay sonu maaşdan 18% (14% gəlir vergisi + 3% sosyal əmək fondu üçün + 1% həmkərlar ittifaqı) və verilən yemək haqqından 17%(14% gəlir vergisi + 3% sosyal əmək fondu üçün) vergi tutulur. Bu düzgündürmü? Əmək haqqını başa düşürəm vergi məcəlləsinə görə 14% tutulmalıdır. Bəs yemək pulundan niyə ayrıca tutulur? Aylıq maximum 69 azn gəlir edir. gəlir vergisi gəlir 250 azn çox olduqda ödənmirmmi?
Sakit Atakişiyev
Cavab: Bildiririk ki, sorğunuzda göstərilən halda gəlir vergisi işçinin əmək haqqının və yemək xərcinin əvəzi üzrə ödənilmiş məbləğin cəmindən hesablanaraq tutulur.
Əsas: Vergi Məcəlləsinin 98.1-ci və 98.2.3-cü (muzdlu işlə əlaqədar alınan gəlir) maddələri.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın