Az maaş alan HR və Mühasiblər, "iPhone 6+" almaq üçün ƏLA VARİANT

Az maaş alan HR və Mühasiblər, "iPhone 6+" almaq üçün ƏLA VARİANT

"iPhone 6"nın Bakıdakı qiymətdən 3 dəfə uçuz necə almaq olar?
 
Bakıda telefon həvəskarlarının böyük maraqla gözlədiyi "iPhone 6" smartfonlarının satışına start verilib. Fins.az-ın məlumatına görə, ilk dəfə olaraq  smartfonlar "İrşad Telecom" və "World Telecom" mağazalar şəbəkəsində satışa çıxarılıb.
 
1695-dan 2019 manatadək
Bununla yanaşı, smartfonların qiymətləri qeyri-adi dərəcədə yüksəkdir. Doğrudur, yeni "iPhone 6"ların qiymətinin yüksək olacağı gözlənilirdi, amma Bakıda təklif olunan qiymətlərin başqa ölkələrə nisbətən qat-qat baha olması alıcıları təəccübləndirib.
Belə ki, adı çəkilən mağazalar şəbəkəsində yeni "iPhone 6"nin ən ucuz modelləri olan "iPhone 6 16 GB Space Grey" və "16 GB White" modelləri 1695-1700 manata, "iPhone 6 Gold",  "64 GB White" modelləri isə 1895 manata satılır. Smartfonun nisbətən böyük variantı - 5,5 düymlük "iPhone 6+" modelləri isə 2119 manata satışa çıxarılıb. İrşad Telecomda da  eyni qiymətə satılır.  Şirkətin satış mərkəzindən fins.az-a verilən məlumata görə, hələlik müştərilərə yalnız IPhone 6 modeli təqdim edilir. Bir neçə gündən sonra İPhone 6+ modeli də satışa çıxarılacaq.
 
Artıq yeni "iPhone 6" alanlar var
Amma mağazalarda bildiriblər ki, qiymətlərin yüksək olması alıcıların "iPhone 6"yə maraqlarını azaltmayıb. Belə ki, "World Telecom"un mağazalarından birindən fins.az-a bildiriblər ki, indiyədək bir neçə "iPhone 6" alınıb, 10-a yaxın "iPhone 6+" telefonu isə  sıfariş edilib.
 
Yeni "iPhone 6"ları ABŞ-da almaq daha ucuz başa gəlir
Bununla yanaşı, fins.az-ın araşdırmaları göstərib ki, yeni "iPhone 6"ın qiymətləri Bakıda o dərəcədə şişirdilib ki, bu smartfonları Bakıda almaqdansa, okeanın o tayına səfər edərək ABŞ-ın özündən alıb gətirmək daha sərfəlidir. Hətta təyyarə biletinə çəkilən xərcləri nəzərə aldıqda da ABŞ-dan alınan "iPhone 6" daha ucuz başa gəlir.
 
Belə ki, ABŞ-da "iPhone 6"nın qiyməti 649 dollar (510 manat), "iPhone 6+"un qiymət isə 749 dollar (590 manat) təşkil edir.  ABŞ-a səyahətə gəlincə, "R&R Travel" şirkətinin məlumatına görə, "AZAL" avia şirkətinin bir qədər əvvəl təqdim etdiyi sərfəli kampaniya çərçivəsində Bakıdan Nyu-Yorka birbaşa gediş-gəliş bileti 599 avroya (təqribən 600 manat) başa gəlir. Nyu-Yorkda 3 günlük yaşayış (təyyarə reysləri arasındakı müddət) xərcləri təqribən 500 dollara (390 manat) başa gəlir. ABŞ-a getmək üçün viza alınması alınması 160 dollar və ya 125 manata başa gəlir.
 
Başqa sözlə, "iPhone 6" telefonu almaq üçün ABŞ-a uçmaq, Nyu-Yorkda 3 gün səyahət etmək və geri qayıtmaq ümumilikdə 1624 manata başa gəlir ki, bu da adı çəkilən mağazalar şəbəkəsindəki qiymətlərdən azı 70 manat ucuzdur.
 
Özü də bu, məsələnin maddi tərəfidir. ABŞ-a hamının arzuladığı səyahəti və Azadlıq abidəsi fonunda yeni "iPhone 6"ilə selfie çəkmək imkanını nəzərə alanda bu variantın üstünlüyü ümumiyyətlə sual doğurmur.
 

Yoxlamalar 2013                                                
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın