ƏLA XƏBƏR! Oktyabrın 1-dən Müəllimlərin əmək haqlarının 15% artırıldığı elan olunub

ƏLA XƏBƏR! Oktyabrın 1-dən Müəllimlərin əmək haqlarının 15% artırıldığı elan olunub

Bundan əlavə 74 tələbənin 275 min manat həcmində yığılmış təhsil haqqı bağışlanılıb.
 
Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının iclası keçirilib. “Media forum” saytına verilən məlumata görə, iclasda kadr potensialını artırmaq məqsədilə görülən işlərdən danışılıb. Bildirilib ki, universitetin “İşçilərin işə qəbulu və yerdəyişməsi” komissiyasına 309 nəfər müraciət edib, onlardan 75 nəfərinin vəzifəsi artırılıb, xaricdə təhsil almış 20 nəfərə yaxın ərizəçi işə götürülüb.
 
Oktyabrın 1-dən universitet əməkdaşlarının əmək haqlarının 15% artırıldığı elan olunub. 10 nəfər 75-80 yaşlı dosentin könüllülük prinsipi əsasında təqaüdə çıxacağı təqdirdə bir illik əmək haqlarının həmin gün onlara təqdim olunacağı bildirilib.
 
Şura üzvləri xüsusi istedadlar fakültəsinin 74 tələbəsinin 275 min manat həcmində yığılmış təhsil haqqı borcunu da müzakirə ediblər. Qərara alınıb ki, bu borc universitetin vəsaiti hesabına ödənilsin.
 
İclasda ümumi iqtisadiyyat fakültəsinin adı dəyişdirilib. Fakültə iqtisadiyyat və sənaye fakültəsi adlandırılıb.

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın