İndiyəqədər sistemə daxil olan əmək müqavilələrin sayı açıqlandı

İndiyəqədər sistemə daxil olan əmək müqavilələrin sayı açıqlandı

Sizcə, bu sayda daxilolma sistemin ləng işləməsinə səbəb olacaq?
 
Hər gün əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə 20-30 min ədəd bildiriş daxil edilir. İndiyədək bu sistemə 680 mindən çox əmək müqaviləsi bildirişi daxil edilib. Bu məlumat “Media forum” saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilib.
 
Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ölkədə bu ilin iyunundan istifadəyə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, həmin vaxtdan ölkənin bütün bölgələrində “Yardımçı masaları” yaradılıb, Dövlət Əmək Müfəttişliyi Xidmətinin müfəttişləri “Yardımçı masaları”na müraciət edən işəgötürənlərə əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsi və qeydiyyatdan keçirilməsi prosedurunu öyrədir.
 
Nazirliyin məlumatına görə, bu günədək təkcə Bakı şəhərində 105 min nəfərdən çox işəgötürən “Yardımçı masaları”nın xidmətindən yararlanıb.

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın